Aİ Rusiyadakı səfirini geri çağırır

Avropa İttifaqı “Skripalın işi” ilə əlaqədar Rusiyadakı səfirini geri çağırmağı qərara alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sammitdən sonra İsveçin baş naziri Stefan Leven bildirib.

“Aİ-nin Rusiyadakı səfirini geri çağırmağı qərara aldıq”, - deyə Aİ Şurasının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 4-də ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücuma cavab addımı olaraq 23 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar