TRAMP MÜHARİBƏ KOMANDASI QURUR! - Milli təhlükəsizlik üzrə müşavirini də dəyişdi

Dərc olunub: 23/03/2018 - 12:32

232352_res_01ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında Herbert Makmasterin milli təhlükəsizlik üzrə müşavir vəzifəsindən kənarlaşdırıldığını elan edib.Bu barədə qazeta.ru məlumat yayıb.

“Göstərdiyi xidmətlərə görə Herbert Makmasterə son dərəcə minnətdaram, o böyük işlər görüb və hər zaman mənim dostum olaraq qalacaq” , – deyə Tramp qeyd edib.

Tramp Ağ Evdə boş qalmış posta Con Boltonu gətirib. Boltonun aprelin 9-dan etibarən rəsmi qaydada müşavir vəzifəsini icra etməyə başlayacağı bildirilir.

bolton“AzPolitika.info”nun məlumatına görə, Con Bolton İran və Şimali Koreyaya qarşı hərbi müdaxiləni zəruri hesab edən siyasətçilərdəndir. Eyni zamanda Boltonun Rusiyaya qarşı da daha sərt tədbirlər həyata keçirilməsini təklif edənlərdəndir.

Tramp ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad etməsini də İran və Şimali Koreya ilə bağlı fikir ayrılığı ilə bağlamışdı. Onun yerinə gətirdiyi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonun isə İran və Şimali Koreyaya qarşı hərbi müdaxilənin tərafdarlarından hesab olunur.

Elə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başına xaricdə əməliyyat işində böyük təcrübəyə malik qəddar Cina Şeri Hespelin gətirilməsi də Trampın müharibə komandası qurduğu fikrinin yaranmasına səbəb olub.

Milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə Con Boltonun təyin edilməsi isə bu fikri daha da möhkəmkləndirib.
Trampın məqsədinin dünyanın “gözünü” qorxutmaq olduğu, yoxsa həqiqətən hərbi əməliyyatlara hazırlaşdığını isə dəqiq söyləmək çətindir.

AzPolitika.info


loading...




Fikrinizi bildirin