Fransada İŞİD üzvünün supermarketə hücumu zamanı 2 nəfər ölüb

Fransanın Treb şəhərində silahlı terrorçunun supermarketə hücumu zamanı 2 nəfər ölüb.APA-nın xəbərinə görə, bu barədə yerli BFM TV-yə açıqlamasında şəhərin meri deyib. Yaralıların 12 nəfər olduğu və bütün girovların azad edildiyi bildirilir.

Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bu barədə “Sky News Arabia” məlumat yayıb. Supermarketə daxil olan terrorçu İŞİD üzvü olduğunu bildirib. O, daha əvvəl qonşu Karkason şəhərində polisləri atəşə tutub, nəticədə 1 polis əməkdaşı yaralanıb.

Fransanın daxili işlər naziri Jerar Kolon hadisə yerinə gedəcəyini açıqlayıb. Prokurorluq fakt üzrə terrorçuluq maddəsi ilə təhqiqata başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar