«Skiflərin qızılı Ukraynaya qaytarılmalıdır» - Amsterdam məhkəməsi

«Krımın Rusiya tərəfindən ilhaq edilməsindən əvvəl ounn muzeylərində saxlanan Skiflərin qızılı Ukraynaya qaytarılmalıdır...». «AzPolitika.info»-nun Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, Amsterdamın dairə məhkəməsi bu barədə qərar çıxardıb.

«Artefaktlar - Ukraynanın mədəni irsinin bir hissəsidir. Odur ki, onları bu dövlətə qaytarmaq lazımdır» - məhkəmənin qararında belə deyilir.

Beləliklə, Amsterdamın dairə məhkəməsi aşağı instansiyalı məhkmənin Krım muzeylərindən olan unikal kolleksiyanın Kiyevə qytarılması barədə qərarını qüvvədə saxlayıb.

Kolleksiya 500-dən artıq muzey eksponatından ibarətdir, ümumilikdə isə kolleksiyada 2000-ə qədər artefakt var. Onların sığorta qiymətləndirmə dəyəri 2 milyon dollar ətrafındadır.

Bu kolleksiya uğrunda Rusiya və Ukrayna arasında mübarizə 3 ildən artıqdır ki, davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar