PKK İraqın şimal-qərbindəki Sincarı tərk edib

PKK terror təşkilatının İraqın şimal-qərbindəki Sincar məntəqəsini tərk etdiyi barədə xəbər yayılıb.

APA-nın məlumatına görə, şimali İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə yaxın “Rudaw” telekanalında PKK-nın Sincarı boşaltdığı bildirilib. PKK-nın yayım orqanı da bunu təsdiqləyib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın Sincarda möhkəmlənməsinə imkan verməyəcəklərini və lazım olarsa, İraq hökuməti ilə birlikdə və ya müstəqil şəkildə orada hərbi əməliyyat keçirəcəklərini bəyan etmişdi.

Sincar (kürdcə adı Şenqal) İraqın Ninova vilayətinə aid yaşayış məntəqəsidir və Türkiyə sərhədləri yaxınlığında yerləşir. 2014-cü ildə İŞİD Sincarı ələ keçirib və orada yaşayan yezidilərə qarşı kütləvi qətl törədib. 2015-ci ilin noyabrında peşmərgə və PKK Sincarı İŞİD-dən geri alıb. O tarixdən sonra PKK terror təşkilatı Sincar dağlarında möhkəmlənməyə çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar