Brent neftinin qiyməti 70 dollara çatıb

Bu gün birjadakı ticarət zamanı Brent markalı neftin qiyməti 70 dollara çatıb.APA-nın xəbərinə görə, neftin qiyməti 70,20 dolları keçib, sonra isə korreksiya nəticəsində bir qədər aşağı düşüb.

Qiymət artımına Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl-Falihin açıqlamaları təsir edib. Xalid əl-Falih bildirib ki, OPEC, Rusiya və digər ölkələr hasilatın azaldılması barədə razılaşmanı 2019-cu ildə də davam etdirməlidir. 2017-ci ilin yanvarından bəri tərəflər bazarda təklifi azaltmaq üçlün hasilat həcmini gündə 1,8 milyon barel ixtisar edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar