Rusiya da Britaniyalı diplomatları qovdu

Böyük Britaniyanın 23 diplomatı bu gün Rusiyanı tərk edir.APA-nın verdiyi məlumata görə, diplomatları daşıyan 3 mikroavtobus Böyük Britaniyanın Rusiyadakı səfirliyini tərk edərək hava limanına gedib. Səfirliyin digər əməkdaşları həmkarlarını alqışlarla yola salıblar.

Qeyd edək ki, martın 4-də Britaniyanın Solsberi şəhərində Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı zəhərlənib. Britaniya tərəfi Skripalın zəhərlənməsində Rusiya dövlətini ittiham edib. Rusiya isə hadisədə əlinin olmasını inkar edir. Bu insidentlə bağlı Britaniyada diplomat adı altında fəaliyyət göstərən 23 rusiyalı kəşfiyyatçı ölkədən çıxarılıb, Rusiya ilə yüksək səviyyədə ikitərəfli əlaqələr dondurulub.

Rusiya Xarici İşlər Nazirliyi də martın 17-də Britaniyaya qarşı cavab tədbirlərini açıqlayıb. Bu tədbirlərə əsasən 23 britaniyalı diplomat “arzuolunmaz şəxs” elan edilib, onlara Rusiyanı tərk etmək üçün bir həftə vaxt verilib. Bundan başqa, Britaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb, “Britaniya Şurası”nın ölkədə fəaliyyəti dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar