ABŞ Ukrayna ordusuna 200 milyon dollar yardım ayırır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət büdcəsindən Ukrayna hərbçilərinin hazırlanmasına, ordusunun hərbi texnika, letal silahlar və sursatla təmin olunmasına 200 milyon dollar maliyyə vəsaiti yönəldəcək. Bu barədə Ukraynanın ABŞ-dakı səfirliyinin «Feysbuk» səhifəsində xəbər verilir.

Bu ərəfədə ABŞ Konresinin Nümayəndələr Palatası cari maliyyə ili başa çatdıqdan sonra, 2018-ci ilin 30 seniyabr tarixinə qədər dövlət büdcəsini təsdiqləyib.

Ukrayna səfirliyinin şərhinə görə, ABŞ Konqresinə təqdim olunmuş 2018-ci il üçün büdcə maliyyələşdirilməsi haqqında konsalidə olunmuş qanunda Ukraynanın dəstəklənməsinə çəkiləcək xərclər artırılıb. Məxsusi olaraq, büdcədə Ukraynaya köməyin ümumi həcmi 620,7 milyon dollar həddində nəzərdə tutulub.

«Pentaqonun qanun layihəsinə görə, Ukraynaya hərbi-texniki köməklik göstərilməsi üçün 200 milyon dollar ayrılır ki, bu da 2017-ci illə müqayisədə 50 milyon dollar çoxdur. Bu vəsait Ukrayna silahlı qüvvələrinə ABŞ-ın dəstəyi çərçivəsində konkret layihələrin maliyyələşdirilməsinə, xüsusilə də hərbçilərin hazırlanmasına, hərbi texnikanın, müdafiə təyinatlı letal silahların alınmasına, logistik təminata və sursat alınmasına və s. yönəldiləcək. Köməyin növləri siyahısında həm də dövlətin silahlı qüvvələrinin və təhlükəsizlik qüvvələrinin kəşfiyyat təminatı məsələsi də öz əksini tapır» - deyə, Ukrayna səfirliyi xəbər verir.

O da xəbər verilir ki, ABŞ Dövlət Departamentinin və əlaqəli agentliklərin xətti ilə Ukraynaya kömək smetası 420,7 milyon dolları qəzərdə tutur ki, bu da ötən illə müqayisədə 10 milyon dollar çoxdur.

«Bizim strateji həmakrımız olan Amerika Birləşmiş Ştatlarının Ukraynaya artan dəstəyini yüksək qiymətləndiririk» - Ukrayna səfirliyi qeyd edir.

635x100

Şərhlər

Борис Громов 2018-03-23 21:18:39

Konqres və Pentaqon bilirmi ki, Ukraynaya göndərilən hər şey mütləq qaydada Rusiya Biznesmeni Poroşenko, Polisi Avakov və digər RF nümayəndələrinin səlahiyyətində olacaq?

Son yazılar