Gürcüstana 36 kq qızıl keçirmək istəyən Azərbaycan vətəndaşı tutulub

Gürcüstan-Türkiyə sərhədində yerləşən "Sarpi" buraxılış məntəqəsində Gürcüstan ərazisinə 36 kiloqram qızıl və 4 kiloqram gümüş məmulatları keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Bildirilir ki, qiymətli əşyalar "Mercedes" markalı sərnişin avtobusunda düzəldilmiş gizli yerdə aşkar edilib.

Faktla bağlı cinayət işi qaldırılıb. İndi Azərbaycan vətəndaşını 5 ildən 7 ilədək həbs cəzası gözləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar