"Afrin əməliyyatı ABŞ-a bir mesajdır"

Almaniyanın keçmiş xarici işlər naziri Zigmar Gabriel, "Türkiyə Afrindəki "Zeytin Dalı" hərakatı ilə ABŞ-a, bölgədə söz sahibi olduğunu mesajını verdi" deyib.

O, "Afrinə edilən əsgəri müdaxilə ABŞ-a açıq mesajdır. Suriyada müharibədən sonrakı vəziyyət Türkiyənin razılığı olmadan gerçəkləşdirilə bilməz və kürdlərin nəzarətində olacaq hər hansı bir quruluş Türkiyə tərəfindən qəbul edilə bilməz" ifadələrini işlədib.

Gabriel, Türkiyənin Qərbə bağlı olmaq istəmədiyini, bu səbəbdən ABŞ ilə olacaq hər hansı bir krizin geopolitik nəticələrindən qorxmadığını da dilə gətirib.

Türkiyənin PKK ilə bağlı narahatçılığının yersiz olmadığını və bu təşkilatın narkotik, silah qaçaqçılığı və şantajlar səbəbiylə Almaniyada qadağan olunduğunu qeyd edən Gabriel, Türkiyənin terror təşkilatının üstünlüyü ilə qurulacaq Kürd dövlətinə heç bir zaman icazə verməyəcəyini və lazım gələrsə, Rusiya, İran və Suriyanı görməzdən gələrək terror təşkilatlarına qarşı mübarizəyə davam edəcəyini ifadə edib.

Bundan isə Moskva və Şam rəhbərliklərinin qazanclı çıxacağını qeyd edən Gabriel, "Bu səbəblə bizim çıxarımız Türkiyəni geosiyasi alyansa daxil olmağa davam etdirməmiz olacaq" ifadələrini işlədib.

O, həmçinin, "Türkiyənin Qərb, Avropa və NATO-dan uzaqlaşması bizim üçün və Türkiyədə yaşayan və vətəndaşlar üçün daha pis risk olar" deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar