Kürdəmirdə naməlum avtomobil Rusiya vətəndaşını vurub

Kürdəmirdə naməlum avtomobil Rusiya vətəndaşını vurub.APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 182-ci kilometrliyində, Kürdəmir rayonunun Karrar stansiyası ərazisində qeydə alınıb.

Naməlum avtomobil yolu keçmək istəyən Rusiya vətəndaşı, 1954-ci il təvəllüdlü Minayətxan İlyas qızı Nauruzovanı vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan M. Nauruzova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, zərərçəkənin vəziyyəti orta- ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar