Rəsul Çunayev ermənini 87 saniyəyə məğlub etdi - VİDEO

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq turniri keçirilir.

Oxu.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) və qadın güləşçilərimizdən Elis Manolova (65 kq) mübarizə aparıblar. Güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıblar.

Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev ilk olaraq Polşa (74 saniyəyə 5:0), ardınca Rumıniya idmançısını vaxtından əvvəl (9:0) təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən (5:1) güləşçimiz finala yüksəlib.

Həlledici görüşdə onun rəqibi Fransanı təmsil edən erməni idmançısı Evrik Nikoqosyan olub. Rəqibini 87 saniyəyə məğlub edən Rəsul Çunayev 8:0 hesabı ilə turnirin qızıl medalını qazanıb.

635x100

Şərhlər

Azər 2018-03-25 23:07:58

Nə vaxta qədər kənardan idmancı dəvət edib təriflənəcəklər? Azərbaycan daxilində saysız miqdarda idman kompleksləri( olimpiya) olduğu halda niyə AZərbaycanda imancılar yetişdirilmir.Nə qədər dünyada keçirilən çempionatlara Azərbaycanı digər ölkələrdən yüksək pula dəvət olunan idmançılar təmsil edəcək? Yəni 25 ildə Azərbaycnda milli idmançı yetişdirmək mümkün deyil? O zaman İdman və gənclər nazirliyi nəyə gərəkdir və bu olimpiya komplekslərinə məsrəflər niyə boşa gedir.Kim bu işlərə cavabdehdir?

Son yazılar