RUSİYADA DƏHŞƏTLİ YANGIN - Ölənlərin sayı 64-ə çatdı + VİDEO (Yenilənir)

 

Rusiyanın Kemerovo şəhərində yerləşən “Zimnaya vişnya” ticarət-əyləncə mərkəzində (“Qış albalısı”) baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 64 nəfərə çatdı.Bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib.

Bu dəqiqəyə kimi Kemerovodakı ticarət mərkəzində baş vermiş yanğında ölən 64 nəfərdən cəmi 15 nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Son məlumatlara görə, ölənlərin sayı 53 nəfərə çatıb.

APA-nın "ria-novosti"-yə istinadən verdiyi xəbərə görə, 16 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.

* * *

Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə “İnterfaks” Rusiya FHN-in regional idarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

Yanğın faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb. Cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Mərkəzi aparatına verilib. Moskvadan Kemerovoya istintaq qrupu yönəldilib.

Rusiya Federasiyası prezidenti Vladimir Putinə Kemerovodakı fövqəladə hadisə ilə bağlı məruzə olunub. Onun tapşırığı ilə FHN-in başçısı Vladimir Puçkov artıq Kemerovaya uçub.

635x100

Şərhlər

G.M 2018-03-26 12:55:54

Bu Bazarda qeydiyatsız ticarətlə məşğul olanları Azərbaycandakı qohumlarından başqa kimsə müəyyən edə bilməyəcək.Qısası Rusiya vətəndaşlıqları olmayanların ``qanları batdı``.

Son yazılar