Rəsul Quliyev: “…sizin beyninizin xörəyi deyil, ardını oxumayın”

“Azərbaycanda guya “ağsaqqala hörmət etmək bizim qanımızdadır” nəzəriyyəsi absolyut yalandır”

 

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev facebook səhifəsində və öz bloqunda yazdığı yazıları düzgün anlamadan tənqidi fikirlər yazanlara müraciət edib.

Virtualaz.org-un məlumatına görə, eks-spiker müraciətində yazdığı yazıları oxuyanları daha diqqətli olmağa və düzgün analiz etməyə çağırıb: “Hörmətli mənim yazılarımı oxuyanlar və oxumadan hədyan, əhəmiyyətsiz, yazanın səviyyəsini müəyyənləşdirən yazanlar, sizlərdən xahişim olacaq. Siz bu yazıları oxuyarkən 3-4 cümlədən sonra hiss etsəniz ki, anlaya bilmirsiniz, sizin beyninizin xörəyi deyil, ardını oxumayın. Çünki davam etsəniz başa düşməməyiniz sizi daha da əsəbiləşdirəcək və nəticədə normal insana xas olmayan cümlələrdən istifadə edəcəksiniz. Yazılara diqqət yetirsəniz hər biri sadə izahatdan başlayıb daha mürəkkəb analizlərə tərəf gedir, ona görə də ilk cümlələrdən qərar verin”.

R.Quliyev onu, yazılarına tənqidi fikir yazanlardan müdafiə edən oxucularına da müraciət edib: “Yazıları oxuyub başa düşənlərin bu hədyanları yazanlara cavabları da daha çox qaldırılmış məsələlərin ətrafında olsa yaxşıdır. Yoxsa “tərbiyəniz olsun, ağsaqqal kişiyə o nə sözlərdir yazırsınız” kimi cümlələr əxlaqsız adamları daha da qızışdırır. Özü də Azərbaycanda bir çox anlayışlar kimi ağsaqqal anlayışı da mücərrəddir. Normal ölkələrdə başqalarının şəxsiyyətinə, fikirlərinə hörmətlə yanaşmağı 3 yaşından tərbiyə edirlər, Azərbaycanda guya “ağsaqqala hörmət etmək bizim qanımızdadır” nəzəriyyəsi absolyut yalandır.

Azərbaycanda daha çox ağ saqqalı olan hələ ağsaqqal demək deyildir. “Qoy o adam ağ saqqalından utansın, onun harası ağsaqqal oldu, bu qədər yaşayıb, yıxılıb ölsəydi canımız qurtarardı” kimi qanadlı frazalar xalqda belə bir xarakterin formamalaşmasına dəlalət edir. Sadəcə olaraq hər bir kəs cavan və ya yaşlı olmasından asılı olmayaraq başqasının fikirlərinə hörmətlə yanaşmalıdır, əgər bacarmırsa ağzını yummalıdır, tərbiyəsizliyini daxilində saxlamalıdır. Yazıya çevirməməlidir. Bunları ona görə yazıram ki, mənim insanları öz haqları uğrunda mübarizəyə çağıran analitik yazılarım davam etdəcək, heç bir şey oxumadan hədyan yazanların səhifəyə daxil olmaqlarının qarşısını almaq həvəsim yoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar