“BÖYÜK PULLAR BİR NEÇƏ ADAMIN ƏLİNDƏ TOPLANIB...” - "Mənə Paşazadənin 100 hektarlıq bağını göstərdilər" (VİDEO)

Martın 26-da İctimai Televiziyada prezidentliyə namizədlərin sayca 4-cü teledebatı keçirilib.

AzPolitika.info-nun məlumatına görə, növbəti debat "Demokratiya və vətəndaş cəmiyyəti" mövzusuna həsr olunub.

Namizədlərin əksəriyyəti Avropada yaşayan mühacirlərin son vaxtlar təhqir kampaniyası aparmasına diqqət ayırıb, onları tənqid ediblər.

Namizəd Zahid Oruc sağa-sola xaotik "atəşlər açıb", nə demək istədiyi tam anlaşılmayıb.

Əvvəlki debatlarda olduğu kimi, bu dəfə də ADP sədri Sərdar Cəlaloğlu hakimiyyəti sərt tənqid edib, hakimiyyətin təmsilçisi Əli Əhmədov isə müdafiə olunub. Əli Əhmədov xalqı inandırmağa çalışıb ki, Azərbaycan demokratiya yolunda "böyük məsafə qət edib".

Namizəd Hafiz Hacıyev isə əvvəlki debatlarda əsasən hakimiyyətdə təmsil olunan konkret şəxsləri hədəfə götürürdüsə, bu dəfə müxalifətə - Əli Kərimli və Cəmil Həsənliyə təhqirlər yağdırıb.

4-cü debatın tam videoyazısını təqdim edirik:

635x100

Şərhlər

Vicdanli 2018-03-27 12:36:08

Salam. Azərbaycanda qısa nağıl hesab olunan və insanların beyninə yeridilən fərziyyələr var. 1)İlham əliyevdən başqa prezidentliyə namizəd yoxdur. 2)O biri gəlsə əgər, dağıdacaq. 3)İlham əliyev yaxşıdır , ətrafı isə pis. 4)İlham əliyev nə etsin? O axı təkdir. 5)İlham əliyevə düzgün məlumat çatdırmırlar. 6)İlham əliyev ömürlük prezidentdir. Hörmətli redaksiya. Əgər mənim yazdığım dərc olunmazsa, deməli siz də ... yolunu gedirsiz. Əvvəlcədən təşəkkür.

Narazi sakinler 2018-03-27 12:36:08

Cenab prezidentimiz biz size seckide ugurlar arzulayiriq.Biz sizinleyik.Yoneltdiyiniz siyaseti destekleyirik.Sizin komeyinize ehtiyacimiz var.Beleki Grand hospitalin sahibi Haci Rafiq ozel menzillerimizi zorla elimizden alib yerinde Ozel Tibb Merkezi tikmek isteyirler.Seckiden sonra bizi kuceye atacaqlari ile hedeleyirler.Xahis edirem bize komek edesiniz!

Tahir 2018-03-27 12:36:08

Deyəsən bu Fərəc və hafiz də vaxt var idi deyəsən söyüş söymüşdü,lazımsız ifadələr işlətmişdilər.

Oruc 2018-03-27 12:36:08

Siz öz vicdanınızla özünüz özünüzə qiymət verin siz kimlərsiniz?

Azad 2018-03-27 12:36:08

BU YALTAQLAR BURA NƏYƏ ÇIXIBLAR BAŞA DÜŞƏ BİLMİRƏM.

Memmedhesen 2018-03-27 12:36:08

Bura yazdiginiza namized olaydiniz size de efir vaxti verileydi danisaydiniz da. Ya da boykotcular niye namized olmalidi. Eslinde ele en yaxsi xidmeti onlar gosterir bunlar yox. Mueyyen elektorati arxasinca aparib boykotla seckilerden kenarda saxlayirlar. Bu iqtidara hec kes bata bilmez.onlarin dusunen beyinlerinin dusunduyunun 20 milyonda birini hec kes dusune bilmir. Erken seckilerle xarici fitnekarlari nece solaxay zerbe ile yixdiqlari goz onunde. Cox agillidir iqtidar cooox. Ona gore halaldi onlara.

1-ci qrup Hərbi əlil 2018-03-27 12:36:08

Hər bir namizədə Uğurlar arzulayıram. Mən və qonşularım səsimizi Cənab İlham Əliyevə verəcəyik, çünki o, əlillərin yaxın himayətçisidir. Cənab prezidentimiz Gran-Hospitalın sahibi Hacı Rafiq Xan Şüşinski 55 ünvanında evlərimizi əlimizdən zorla alıb yerində ticarət mərkəzi tilkmək istəyir.Əvəzidə bizə 8 sakinə az sahəsi olan yöndəmsiz mənzil təklif edirlər.Xahiş edirəm bizə kömək edəsiniz.Sizə seçkidə və xalqa şərəfli xidmətinizdə uğurlar arxulayıram.

sabir 2018-03-27 12:36:08

SSRİ-nın tərkibində olan bütün respublikalar müstəqillik qazandılar.Dünyanın hər tərəfində bu ölkələrdən olan insanlar yaşayırlar.Nə üçün onlar öz ölkələrinin məmurlarını tənqid etmirlər, pis söyüşlərlə təhqir etmirlər?Gəlin bir az düşünək. Razi bəy, Araz və Hafis bəy isə Ə.Kərimlini tənqid etmək üçün yarışırlar.Teledebatda Sərdar bəy faktlarla həqiqətləri söyləyir.

Seyredici 2018-03-27 12:36:08

Axşamdan düşmüsüz bu qaragünlerin üstüne... Bunlarda günah yoxdur , vallah... İndi bu işi onlardan yaxşı kim göre biler ki,...yoxaaa.. Ekvivalent adamımız ne geder desen... Ancaq bunlar milletin qaymağıdır...

Quli 2018-03-27 12:36:08

hafız leles gerek xoruz baba meselini cekmeyeydin))))) Guler Ehmedova bir defe o barede seir yazifeyhhh)))

Vətəndaş 2018-03-27 12:36:08

Gözəl şou yaradılıb.Bunlardan prezident olar? Hörmətli prezident bir əməlli başlı ,hazırlığlı nümayəndə tapa bilmədi ki, suallar,faktlar qarşısında aciz qalan,hazırlıqsız Əli Əhmədovu debata göndərdi? Onun şözlerine im inanar?

Yeraz 2018-03-27 12:36:08

Zahid Oruc deyesen AFFEKT veziyyetinde olub ne dediyinden ozunun de xeberi yoxdur. ALLAHA kim tehluke yarada biler Zahid Oruc? meneviyyata ise TARQOVIYA, gundelik zorlanma cinayetlerine, televiziyalardaki shou biznesin senetkarlarina, kucelerde xirda xurus satan qocalara nezer salanda yaxsi anlamaq olur KİM TEHLUKE YARADİB. TEHLUKESİZLİKDEN danisacaq en axirinci adam sen olarsan dunyada. Azerbaycanda demirem ha

Seçici 2018-03-27 12:36:08

Əli Əhmədov konkret faktlara verdiyi cavablar səmimi olmadığı,yalan dediyinin fərqidədirmi? Axı cavab verən insan ölkdən xəbərdar olmalı,trafında gedən prosesərə biganə qalmamalıdır.Hörmətli prezident daha ciddi və hazırlıqlı nümayəndə ilə təmsil olunmalı idi.Əli Əhmədov bu işə yaramadığı bəllidir.Bu isə devident gətirə bilməz.Onsuz da digər namizədlər fiksiyadır.

Amon 2018-03-27 12:36:08

Herkesi cenab prezidente xalqin xilaskari heyder eliyevin oglu ilham eliyeve ses vermeye cagiriram

Sabirə əlavə 2018-03-27 12:36:08

Bunu teledebat adlandırmaq olmaz.Onları sadəcə ölkəni,milləti ələ salmaq üçün oturdublar.Onlardan heç olmasa biri prezident olarsa nələri dəyişəcəyindən,hansı proqramla çıxış edəcəklərindən,nəyi necə qaydaya salacaqlarından,millətin yaşam şəraitini hansı yollarla yaxşılaşdıracaqlarından,korrupsiya,rüşvətə, büdcə yeyilmələrinə qarşı ne etməli olduqlarından və nəhayət şəffaf seçki keçirəcəklərindən danışırlar?Bu bir yalancı şou-dur,aldatmacadır.Sonda isə milləti ələ salmaqdır.

Son yazılar