Azərbaycan millisi yoldaşlıq görüşündə Makedoniya ilə heç-heçə edib

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci ildə üçüncü yoldaşlıq görüşünə çıxıb.

"Report"un məlumatına görə, rəqib Makedoniya yığması olub.

Türkiyənin Antalya bölgəsindəki "Mardan" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol ilk yarıda və penaltidən vurulub. 6-cı dəqiqədə Azərbaycan millisinin hücumu zamanı Namik Ələskərova qarşı kobudluğa görə türkiyəli baş hakim Halis Özkahya 11 metrlik cərimə zərbəsi təyin edib. Riçard Almeyda bu imkandan yararlanmağı bacararaq, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi dövründə millinin ilk qolunun müəllifi olub.

Lakin 21-ci dəqiqədə VAR sisteminə müraciət olunduqdan sonra Makedoniya yığmasının lehinə penalti təyin olunub. Ruslan Abışovun Qoran Pandevə qarşı kobudluğu nəticəsində Aleksandar Traykovskinin "ağ nöqtə"dən endirdiyi zərbə dəqiq olub.

Bununla da Qurban Qurbanov millidə ikinci heç-heçəsini alıb. İlk heç-heçə elə "Mardan" stadionunda yanvarın 30-da Moldova ilə görüşdə baş verib - 0:0. Martın 23-də isə Azərbaycan yığması Bakıda Belarusa uduzub - 0:1.

Yoldaşlıq görüşü

20:00. Azərbaycan - Makedoniya - 1:1

Qollar: Riçard Almeyda, 6 (penalti ilə) - Aleksandr Traykovski, 21 (penalti ilə)

Baş hakim: Halis Özkahya

Hakimlər: Kerem Ersoy, Kemal Yılmaz, Ali Palabıyık

VAR hakimləri: Cüneyt Çakır, Hüseyin Göçek (hamısı Türkiyə)

Antalya, "Mardan" stadionu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar