"PREZİDENTLƏ ATA-BALA KİMİ SÖHBƏT EDİRİK..." - Allahşükür Paşazadə (VİDEO)

"Prezidentlə ata-bala kimi söhbət edirik. Hərdən soruşulur ki, haqqımda bəzi məlumatlar yazılır. Təbii ki, bunların hamısı iftira və yalandır".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Belə eşitdim ki, deyirlər 150 hektar ərazim var. Bu işdə mənəviyyat qarşısında borcumuz var. Məsələ tək məndən getmir. Əsas məsələ mənəviyyatı ləkəməkdən gedir. Bir daha qeyd edirəm ki, yazılanların hamısı yalan informasiyalardır. Həmin insan həm də prezident haqqında fikirlər səsləndirib. Onlar ancaq təxribat yaradırlar. Bu şeylərə uymamalı və Azərbaycanda möhkəm olmalıyıq", - deyə, A.Paşazadə əlavə edib.

O qeyd edib ki, bununla bağlı ölkə başçısı ilə də söhbəti olub: "Gizlətmirəm, mənim prezidentlə söhbətlərim olur. Onda da heyrətimi gizlətmirəm ki, bu qədər iftiranın səbəbi nədir. Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun. İkincisi isə xaricdən onsuz da dini liderə qarşı iftira var, bunu daxildə də davam etdirməklə nə əldə edirsiniz? Xaricdən həm prezidentimizə, həm də mənə - şeyxülislama qarşı belə çirkin təxribatlar törədilir. Ölkə daxilində bəziləri “prezidentə qarşı deyiləni qəbul etmirəm, amma şeyxə haqqında deyilənlər düzdür", - deyir. Bu, necə olur? Demək, sən təxribatla yenə də barışmış olursan. Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?” /"Report", "APA"

635x100

Şərhlər

Eyvaz Qərbi Azərbaycanlı 2018-03-28 11:43:04

Qafqazın şeyxinin Karlovı Varidə aldığı gözəl qiymətli evin giriş qapısının sol tərəfində Allahşükür Paşazədə və digərində qardaşı Cavanşir Paşazadə yazıldığını açıq-aydın süjetdən gördük. Bəs niyə boynuna almır. Bu evi təkcə nəzir qutusu ilə əldə etmək mümkün deyil. Bəs onda "Təzə Pir" Məscidində işlətdiyi yas mərasim evinin pulları hara gedir? Ay Allahşükür bəy var-dövlət gözünü tutub, bəsdir cəfəngiyat danışdın, ayıl səmimi ol, bir az da halal çörək yeməyə çalış, Allahdan qorxmaq lazımdır.

alı 2018-03-28 11:43:04

Seyx sənin fəaliyyətinin iqtisadı ststistikası aparılmır və belə ststistika yoxdur.Amma ölkədə seytanı əməllər ən yüksək səviyyədə inkişaf edirsə bunda seyx kimi sənin günahın cox boyükdür.Sən bu seytanı əməllərin inkişafına yaşıl işıq yandırmısan.Seytan ölkədə dominantlıq edir.Balaca bir ölkıdə bu qədər intiharlar olur sən cınqırını da çıxarmırsan.NİYƏ?Bunda ən böyük günah sənin çiynindədir seyx.Banan xurma bazarın səninçün sənin dinindəndə ALLAHINDAN da cox cox önəmlidir.Bax bunu hamıya sübut etmisən seyx

Moşu Göyəzənli 2018-03-28 11:43:04

Yıxıl a dünya. Qələmin gözünə girsin belə tarix yazdığın yerdə. Ölmədik buna da şahid olduq. Sən başın, bundakı minnətə bir bax. Deməli biz sevinməliyik ki, belə qüdrətli şeyximiz var.. hansı ki xaricdən ölkəyə xalça, kartof, alma, banan və s. malların gətirilməsində monopolist brokerdir. Ata-bala vayına otursun sənin. Qənim olsun sənə layiq olmadan daşıdığın şeyx titulu. Belələrində müqəddəs heç nə olmur... hətta Allah qorxusu..axirət qorxusu. Cəhənnəm əzabı şeyxor-islama nəsib olar inşaallah. Amin.

Вугар керимов 2018-03-28 11:43:04

Нельзя говорить с президентом по родственному. Можно говорить по родственному только с конкретной личностью и на личные темы, но не с должностным лицом, если даже он ваш родственник. Тут дело не в терминологии, а в политической культуре. Иначе это будет коррупция. Поверьте мне как юристу. Однако ,юридические знания должны быть использованы не для обмана и притворства, а для воспитания окружающих в духе государственности , а не кумовства.

Hüquqsuz vətəndaş 2018-03-28 11:43:04

Ay şeyx həzrətləri, sadə camaata insanın başına gələn fəsadların tamah salıb nəfsinə yiyə dura bilmədiyindən əmələ gəldiyini izah edirsən. Bəs ata-bala kimi söhbətlər edən zaman bunu öz qohum əqrabasına və digər məmurlara nə üçün aşılamırsan?.

çina 2018-03-28 11:43:04

Allah qənim olsun yalansa!

alı 2018-03-28 11:43:04

Necə yəni Prezidentlə ata bala kimi danışırıq? Bu nə ...ifadədir ki ictimayətə yeridirsən seyx? Hətta belə münasibət qurmaga sənə imkan verilibsə niyə bundan öz xerinə prezidentinsə nüfuzunun əleyhinə istifadə etməlisən? Prezident həmişə prezidentdir.Sənin uşagın deyil.Ola bilsin sənə agsaqqal kimi hörmət qoyur.Mən SEYXƏ hörmət qoymaq istəyirəm.Amma sən ALLAHINA da dininə də daban-dabana zidd olan əməllərinlə buna imkan vermirsən seyx.İnsaf elə milyardlarindan bircə şəhid ailəsinə kömək et.

GÖR NƏ QƏDƏR...: 2018-03-28 11:43:04

ATA-BALA SÖHBƏTİ KİMƏ AİD EDİR BU ŞEYXUYL:-BU UJE ...PİK HƏDDİDİR Kİ... ÖZÜNÜ ÖLKƏDƏ ATA-BÖYÜK HESAB EDİR! .......... SÖZƏ BAX E... "ATA-BALA"-DAĞIL AY DÜNYA... .OXUYA BİLMƏDİYİN QURAN VƏ PƏRDƏSİ ALTINDA GİZLƏNDİYİN DİN SƏNƏ QƏNİM OLSUN...

X 2018-03-28 11:43:04

OD OLMAYAN YERDEN TUSTU CİXMAZ AZERBAYCANDA İS BASİNDA OLAN MEMURLARDAN BİRCESİ ELİN UREYİNİN USTUNE QOYUB eminlikle deye bilermi ki milletin menafeyin dusunub bu vezifeye gelende özunun yox bele biri olsaydi istefa medeniyyetide olardi

YALAN 2018-03-28 11:43:04

Təbii ki, bunların hamısı iftira və yalandır”.

G.M 2018-03-28 11:43:04

Cənabi Şeyx,-Siz necə də naziksiz,alicənab,kövrək,sadəlöhv insansınız.Ona görə də bu var-dövləti Allah sizə qismət eliyib.Mən bir gənc molla olaraq sizə bundan da artıq cah-Cəlal arzu edirəm.Allah ürəyinizə görə yararlanmağı qismət eləsin.Xalqımıza,millətimizə elədiyiniz yaxşılıqların cavabını alasınız.

Son yazılar