Liviyada “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

ABŞ hərbçiləri Yəməndə “Maqrib ölkələrində Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv ediblər.APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun məlumatında bildirilir.

Hava zərbəsi nəticəsində qruplaşmanın iki üzvü, o cümlədən liderlərindən biri Musa Əbu-Daud məhv edilib. Məlumata görə, qruplaşmaya yeni üzvlərin cəlb edilməsi ilə məşğul olan Əbu-Daud bölgədə terror əməliyyatlarına maliyyə və texniki dəstək göstərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar