"Vəhhabilik qadağan olunsun" - Rusiya dinlərarası şurası

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Dinlərarası Şurası (RDŞ) ölkədə fəaliyyət göstərən bütün vəhhabi təşkilatlarının ekstremist kimi tanınması, ideologiyanın özünün isə terrorçu kimi tanınması xahişi il federal hakimiyyətə müraciət edib. Bu barədə şuranın iclasının yekunlarına həsr olunmuş və çərşənbə günü yayılmış sənədlərində söhbət açılır.

«Rusiya Dinlərarası şurasının üzvləri Rusiya Federasiası dövlət rəhbərlimyinə belə bir təkliflə müraciət etməyin vacibliyini qeyd ediblər ki, terrorçu ideologiya olaraq, vəhabilik pislənsin, bu ideologiyanı təbliğ edən təşkilatlar isə terrorçu təşkilat kimi tanınsın» - deyə, Moskva partiarxlığının Kilsə və cəmiyyət münasibətləri üzrə sinodal şöbəsi xəbər verib.

Uyğun təklif RDŞ-nın yekun qətnaməsində yer alıb: «Vəhabi ideologiyasının ekstremist ideologiya, vəhəbi təşkilatlarının isə ekstremist təşkilat kimi tanınması təklifi ilə dövlət hakimiyyət orqanlarına müraciət edilsin...».

Bundan əvvəl Rusiyanın müsəlman lilerləri artıq belə bir təkliflə çıxış ediblər. Məsələn, 2016-cı ildə necə deyrərlər, «Qroznı fitvası» qəbul olunub və bu sənəd Çeçenistan, Dağıstan, Tatarstan müftiləri, Şimali Qafqaz və müsəlmanların Koorlinasiya mərkəzinin nümayəndələri tərəfmindən dəstəklənib.

Dinlərarası şura Rusiyada 1998-ci ildə yaradılıb və ölkədəki 4 ənənəvi konfessiyanın liderlərini özündə birləşdirir: Pravoslav, islam, iudaizm və buddizm. Şuranın sədri patriarx Kirildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar