Avropa klublarına transfer məhdudiyyəti qoyulacaq

A UEFA logo is seen with Geneva Lake and2018-2019-cu illər mövsümündən etibarən Avropa klubları futbolçu transferlərinə maksimum 100 milyon avro xərcləyəcəklər. "Report"un məlumatına görə, bu barədə Avropa Klubları Assosiasiyasının (ECA) İtaliyanın paytaxtı Romada keçirilən Baş Assambleyasında qərar qəbul olunub.

Qərar UEFA İcraiyyə Komitəsinin 24 may toplantısında təsdiqləndikdən sonra növbəti mövsümdən qüvvəyə minəcək.

Belə məhdudiyyətə Fransa PSJ-sinin bu mövsüm Neymar və Kilian Mbappeninin transferlərinə 400 milyon avro xərcləməsi ilə bağlı narahatlıq səbəb olub.

Yeni qaydalara əsasən, klublar bundan sonra gerçəkləşdirəcəkləri keçidlər zamanı yalnız transfer haqqı və futbolçuların əmək haqlarını deyil, menecerlərə də ödənilmiş məbləği rəsmi saytları vasitəsilə açıqlamalı olacaqlar.

UEFA isə bundan sonra klubların maliyyə feyr-pleyi ilə bağlı məsələlərinə daha tez müdaxilə edəcək. İndiyədək Avropa futbol qurumu 18 - 22 ay ərzində müdaxilə edə bilirdisə, artıq vaxtında analiz apararaq, mövcud durumu üzə çıxarması mümkün olacaq.

Azərbaycan klublarından Bakı "İnter"i (hazırkı "Keşlə") maliyyə feyr-pleyini pozduğu üçün 2016-2017-ci illər mövsümündə Avropa kuboklarına buraxılmayıb, klubun 2017-ci ilin qış və yayında transferlər etməsinə qadağa qoyulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar