ŞEYX NƏDƏN NARAZIDIR? – “Sevinin ki, sizin şeyxiniz güclü olsun...” (VİDEO)

Şeyxülislam Hacı Allahşükür Paşazadə bugünlərdə Bakıda keçirilən tədbirdə deyib: "Deyirlər, şeyxin xaricdə, ya da burda çoxlu mülkü var. Bunların hamısı təxribatdır. Əvvəla, sevinin ki, sizin şeyxiniz bu cür güclü olsun..."

Görəsən möminlər hansı böyük günahların sahibidirlər ki... Bəli. Bunu bizim hörmətli şeyximiz deyir. Sən demə, mömin qardaşlarımız sevinməlidirlər ki, belə güclü (!) şeyxləri var. Ancaq maraqlıdır ki, söhbət hansı gücdən gedir - var-dövlət, mal-mülk, cah-cəlal və biznesdənmi, yoxsa mənəvi gücdən? Fikrin əvvəlində söhbətin xaricdəki mülklərdən getdiyini nəzərə alsaq, belə çıxır ki, məhz iqtisadi güc nəzərdə tutulur. Bəs belə isə, nədən biz müsəlmanlar şeyximizin gücünə, qüdrətinə sevinmirik və bununla da hörmətli şeyximizi sevindirmirik? Onu sevindirə bilməməyimizin nəticəsidir ki, şeyximizi bu açıqlamanı verərkən, çox pəjmürdə gördük. Bir sözlə, şeyximiz narazıdır...

Bəs niyə sıravi dindarlarımız şeyxin bu gücünə, uğurlarına sevinə bilmirlər? Bəlkə ona görə ki, möminlərə və hətta mömin olmayanlara da iqtisadi yox, mənəvi gücə malik dini və mənəvi lider, şəxsiyyət lazımdır? Bu liderliyi edə bilirmi hörmətli A.Paşazadə? Nə qədər inkar etməyə çalışsa da, onun maddi imkanlarının orta statistik azərbaycanlıdan minlərlə qat üstün olduğunu gizlətmək mümkünsüzdür. Əlbəttə ki, heç kimi geniş maddi imkanlara malik, təmtəraqlı və zəngin həyat yaşamağa görə qınamaq düz olmaz, amma bir şərtlə ki, bu zənginliyin mənbəyi şəffaf olsun. Xüsusilə də əgər bu şəxs dini rəhbər və mənəvi dəyərlərin bir nömrəli təmsilçisi, təbliğatçısı və qoruyucusu hesab olunursa... Ancaq A.Paşazadənin özünün böyük maddi imkanlara malik olduğunu inkar etməsi dolayısı ilə bu sərvətlərin mənbəyinin şəffaflığını kölgə altına alır. Hansı ki, əslində "sevinin ki, sizin şeyxiniz belə güclü olsun..." deməklə, özü də bilmədən bu gücə malik olduğunu etiraf etmiş oldu.

Ümumiyyətlə, A.Paşazadə çox hallarda özü də bilmədən elə ifadələr işlədir ki, heç onlara şərh verməyə belə, lüzum qalmır. Məşhur "mən 33 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm..." ifadəsinin özü, hörmətli şeyxin natiqlik və fikrini düzgün ifadə etmə sarıdan problemlərinin olduğuna əyani sübutdur. Əslində, A.Paşazadə demək istəyib ki, "vicdan azadlığı" yayğın və birmənalı olmayan bir anlayışdır və onu hər kəs öz mənəviyyatına, dünyagörüşünə uyğun formada qavrayır. Ancaq fikrini doğru izah edə bilmədiyindən tamam başqa məna daşıyan ifadə ortaya çıxıb.

Bəs böyük bir toplumun dini lideri məqamına sahib bir şəxsə belə bəsit və natamam ifadə tərzi yaraşırmı? İstər-istəməz sual yaranır: bəlkə daha çox mütaliə etmək, dünyaya, müasirliyə açıq olmaq lazımdır? Təəssüf ki, mömin vətəndaşlarımızın böyük qismində savad, mütaliə, müasir dünyagörüşü sarıdan problemlər var. Və burada Qafqaz Müsəlmanları İdarəsi adlı qurumun günahı da az deyil.

Bugün sosial şəbəkələrdə tez-tez ateistlərlə dindarların mübahisəsinə rast gəlmək olur. Təəssüf ki, çox vaxt bəzi möminlərin özlərini ateistlərdən daha aqressiv aparmasının və hətta söyüş, nalayiq ifadələr işlətməsinin şahidi oluruq ki, bu da onların savadsızlığından irəli gəlir. Bəzən görürsən ki, həmin ateist Qurani-Kərimi özünü dindar sayıb, yalnız söyüş söyməyi bacaranlardan qat-qat yaxşı, müfəssəl bilir. Kim, yaxud kimlərdir bu savadsızlığın səbəbkarı? Axı dini gözdən salanlar təkcə Suriyada, İraqda xəncərlə, bıçaqla baş kəsənlər yox, həm də dini öz nəfsinə alət edənlər, bisavadlıq, cəhalət, məddahlıq yayanlar və bununla da "pambıqla baş kəsənlər"dir.

Azərbaycan reallığında hansısa məmurun gözükölgəli olması başa düşüləndir, amma din xadimlərinin məlum səbəblərdən insanların mənəvi və maddi cəhətdən əzilməsinə, məmur özbaşınalığına susması cəmiyyətimizin mənəvi çöküşünün bariz göstəricisidir. Adi bir nümunə: Banklara dollar borcu şişən vətəndaşlarımızın ah-naləsi, evlərin, ailələrin dağılması, intiharlar, yaxud ahıl insanları çox pis vəziyyətdə qoyan yeni pensiya qanununun qəbulu və hökumətdən humanistlik, mənəvi dəyərlərə hörmət tələb edən digər məqamlarda A.Paşazadənin səsini çıxardığını görən olubmu? Ümumiyyətlə, nə üçündür şeyxin rəhbərlik etdiyi idarə - Həcc ziyarətini monopoliyaya almaq üçünmü? Həccə gedənlərə pulu hissə-hissə ödəmək imkanı verilir – bu da olur böyük humanistlik. Əgər belə imkanlısınızsa, kreditini verə bilməyib, intihar həddinə çatanların ailələrinə yardım edin - savab olmazmı?

Qayıdaq şeyxin mal-mülk məsələsinə. Görün nə müzakirə olunur - nəzir qutularında yığılan pullar. Görün hara qədər enmişik, şeyxülislama nəyi yaraşdırırlar və daha acınacaqlısı da odur ki, o özü də bu barədə danışmağı məqbul bilir... Özü də necə - Paşazadə zaldakı işçilərinə üz tutaraq, elə belə də deyir: "Şeyxin nəzir qutularında xeyri-zadı var? Nəzir qutuları hamısı sizin əlinizdədir..." Necə deyərlər, sözün bitdiyi yer.

Yeri gəlmişkən, misal üçün Türkiyədə də A.Paşazadənin idarəsinə oxşar bir qurum var. Ancaq onun rəhbərinə heç kim belə ittihamlar irəli sürməz, o özü isə belə gülünc alver söhbətlərindən yox, dinin müasir inkişaf müstəvisində qavranması kimi problemlərdən söhbət açar - özü də təkcə Qurani-Kərimdən yox, dahi alman, ingilis filosoflarından nümunələr gətirməklə. Lakin buna baxmayaraq, Türkiyə cəmiyyəti ona dövlət tərəfindən bahalı xidməti avtomobil verilməsinə ciddi etiraz edərək, bunu hökumətin həmin şəxsi satın alması cəhdi kimi dəyərləndirdi. O isə dərhal həmin avtomobildən imtina etməli oldu...

A.Paşazadə SSRİ dövründə indiki imkanlara malik deyildi, adı nə hansısa sahənin monopoliyası, nə mal-mülk, nə də başqa məsələlərdə hallanırdı. Bir sözlə, o vaxt indiki “gücə” malik deyildi. Və 1990-cı ilin yanvar faciəsində ortaya cəsarətli mövqe qoya bilməsi də bu "gücdən" yox, əhali arasında gerçək nüfuza malik olmasından irəli gəlirdi. Ancaq indi həmin "güc" sayəsində o cəsarətdən əsər-əlamət qalmayıb. Rəhmətlik Əbülfəz Elçibəy demişkən, rusun tankının qabağından qaçmayanlar pulun qabağından qaçdılar...

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Alim 2018-03-29 18:46:50

ŞEYX NƏDƏN NARAZIDIR? sarlovhadan cixan ikili anlaq , son vaxtlar jurnalistlarin tspdiqi va tatbiq etdiyi yeni metodika takca , Seyxa deyil , istanilan insanin nitqina tatbiq edilsa , insan cixilmaz vaziyyatda qalar , va hamcinin onun har hansi bir sahri vayaxud cavabi , mantiqsizliyin izahi olaraq , polemikani, kimliyindan asili olmayaraq ; adi cakilan insana qarsi qeyri obyektivliya qatirib cixardar. Adi cakilan insan umu kusuya meyilli olar. Lakin ;birmabali sakilda Seyxin yuksak saviyyasi ,bu yazilara , umu kusulu cavab vermak yox , ozuna qarsi tamkinliya ustunluk veran insandir.

Roma 2018-03-29 18:46:50

Bu qürum QMİ (Qafqaz Müzəlmanları İdarəsi) adlansa da, əslində Zaqafqaziya Müsəlmanları İdarəsidir, yəni Azərbaycandan başqa yalnız Tiflis məscidinin bu qüruma tabeçiliyi var.Əsas Qafqaz Rusiya dövlətinin tərkibindədir və oranın da müsəlman əhalisini koordinasiya edən dini qurumlarının bizim QMİ adlanan qüruma heç bir aidiyyatı yoxdur. Rusiya müsəlmanlarının dini lideri olan Ravil İsmayıl oğlu Qaynuddin yüksək savad və intellektə malik bir şəxsiyyətdir və heç bir dini lider onunla müqayisə oluna bilməz...

ƏLəddin 2018-03-29 18:46:50

Dünyanın hansı ölkəsində (Azərbaycandan başqa )ömürlülk vəzifə var? Amma burada Paşazadə özünü ömürlük ,özü də bütün Qafqazən şeyxi elan edib.Gülməli deyilmi? Deməli bununla o nə istəsə edə bilər (nəzir qutuları,ziyarətganlara gələnlərin sədəqələri ) və sair pullarla istədiyini edə bilər.Heç kimə hesabat vermir, özü=özünə şeyxdir.Belə də bir vəzifə varmış.Milləti dolamaq belə olur.

Akif 2018-03-29 18:46:50

Müsəlmana-hörmətli soydaş, yəqin siz də xalq arasında onun ... ilə tanındığını eşitmiçsiniz.O da, hakimiyyətin bütün üzvləri kimi utanmadan yalan danışmağa vərdiş edib.Artıq nəinki xalqımız,hətta bütün dünyanın sivil ğlkələri, beynəlxalq təşkilatlar,kimin kim olduğunu,YAP hakimiyyətinin antixalq siyasət yürütdüyünü əla bilir!

G.M-ə 2018-03-29 18:46:50

Əllərinə sağlıq!!!!

müsəlman 2018-03-29 18:46:50

Ayı meşədən küsüb,amma meşənin xəbəri yodur. O nədən narazı ola bilər ki? Millətin xəbəri olmadan özünü şeyx elan edib,ömürlük (sanki babasından qalıb).Gərək o bir yeyib min sədəqə versin!

Azərbaycanlı 2018-03-29 18:46:50

Kimsə özünü şeyx,molla hesab edə bilər.Ancaq buna onun haqqı varmı? Mənimsəmə, sərvət toplayıb, monopolist (meyvə.tərəvəz və s.)olmaq, xristian aləmində,ölkəsində özünə haram pullarla malikanə almaq hansı məsləkə,dinə,insanlığa sığır? Bəs minlərlə işiz qalaraq,balalarına baxmaq imkanı olmadığından intihar edən müsəlmanlardan xəbərləri varmı? Yooxsa Sabir demişkən:Millət necə tarac olur-ols,nə işim var,Düşmənlərə möhtac olur.olsun nə işim var. Təki mən salim olum.

Ağacavad 2018-03-29 18:46:50

Celal bey, eslinde her şey NEZİR GUTUSUNDAN başlayıb...

Van Gogh 2018-03-29 18:46:50

Əgər kimsə haram işlərə görə Allahdan qorxmursa, Qurana yalandan əl basmaqdan da qorxmaz. Yalandan namaz qılan, Həccə gedən üçün Qurana əl basmaq nə çətin işdir.....

X 2018-03-29 18:46:50

ELİN BASAR MUQEDDES KİTABİMİZA YOX.....

NURəddin 2018-03-29 18:46:50

MƏQALƏ MÜƏLLİFİ CƏLAL MƏMMƏDOVA VƏ "ƏZİZ OXUCULAR" İMZASI İLƏ MARAQLI TƏKLİF İRƏLİ SÜRƏN ŞƏRHÇİYƏ TƏŞƏKKÜR EDİRƏM.

Kecmiw coban 2018-03-29 18:46:50

Yaxwi ki,siz varsiniz ay Celal kiwi,by Azsiyaset saytini oxuyanda elin yerden-goyden uzulen vaxtlar olur ve herden sizin yazilariniza rast gelende teskinlik tapirsan ki,yox hele yawamaga deyer.Hemiwe var olasiniz.

G.M 2018-03-29 18:46:50

Kefli İsgəndər sağ olsaydı deyərdi ki..Ə,Şeyx sən öl ,sən kişi adamsan.nə müxalifətin var,nə MSK-lıq işin nə də hafiz hacıyev kimi Axundun.

Əziz oxucular! 2018-03-29 18:46:50

Bismillahir-Rəhmanir-Rəhim. Əziz oxucular! Zənnimcə bu problemi birdəfəlik həll etmək üçün Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxsın TV kanalarına Quran kitabına əl basın ki,bunlar yalandı. Hamımız müsəlmanıq, dinimiz pakdır, bizə də ona inanarıq.

Bashirov Qarib 2018-03-29 18:46:50

Əlbəttə, hər bir musəlman özunun dini rəhbərinin həm naddi,həm də mənəvi cəhətdən guclu olmasıni istər.Aşılanmış mənəviyyat göz qabagindadır.Maddiyyət isə haramdan toplanmışdır.Yani, qeyri- şəffaç qamarlama prinsipi ile.Bu utanc vericidir və böyuk gunahlardandır.

Akif 2018-03-29 18:46:50

Şeyxdən soruşmaq lazımdır ki,siz din xadimisiniz, yoxsa dövlət və hansı mənbənin hesabına kurort şəhəri olan Karlovi Varidə və Azərbaycanda villalar alımısınız? Sizə kim ixtiyar verir ki...

Son yazılar