SÜPÜRÜLMÜŞ ÖLKƏNİN SÜPÜRGƏÇİSİ - Qubad İbadoğlunun yazısı 

qubadİqtisadçı ekspert, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu öz Facebook səhifəsində Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin fəhləs, pensiya yaşlı Cəmilə Salahovanın yüksək sürətli magistral yolda asfaltı süpürərkən “Kamaz” tərəfindən vurulub öldürülməsindən yazıb. "AzPolitika.info" həmin yazını təqdim edir: 

"Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin fəhləsi Cəmilə Salahova aeroporta gedən yüksək sürətli magistral yolda asfaltı süpürərkən iş başında həlak olub. Allah rəhmət eləsin. Diqqətinizi bu fakta çəkməklə sadə olsa da əhəmiyyətli bir neçə məsələyə toxunaraq səlahiyyət sahiblərinə sual etmək istərdim.

Nədən neftlə zəngin və milyonları olan səltənətin yaşlı, ahıl və ağbirçək xanımları, analar və bacılar XXI əsrdə yolları fiziki üsullarla, primitiv təmizləyici alət olan süpürgə ilə təmizləməlidir? Əl əməyinin avtomatlaşdırıldığı və mexanikləşdirildiyi müasir iqtisadiyyatda Bakı şəhər və rayon mənzil kommunal təsərrüfatları nə vaxta qədər insanları bu yolla istismar edib, ayda 100-150 manat məvacib ödəyəcəklər? Məgər, bu adamlar son on ildə 150 milyard dollar neft və qaz gəlirinə sahib olan ölkənin vətəndaşları deyilmi? Mövcud iqtidar onların haqq etdikləri neftdən düşən payı bu üsullarla ödəyirmi? Suallar çoxdur və bu sistem qaldıqca onlar heç vaxt cavablandırılmayacaq.

Xarici ölkələrdə çoxlu səfərlərdə olmuşam, bəzilərində yaşamışam, amma Rusiyadan, Orta Asiyadan başqa yerdə küçəni süpürgə ilə təmizləyən işçi saxlayan ölkə görməmişəm. Hazırda nəinki küçəni, hətta səkiləri süpürən, silən, qurudan, qardan təmizləyən xeyli texnika mövcuddur.

Mənasız yerlərə milyonlar xərcləyən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamenti niyə bu işin mexanikləşdirilməsinə sərmayə qoymur? Niyə pensiya yaşlı Azərbaycan xanımı aldığı təqaüdlə dolana bilmədiyinə görə, ehtiyac ucbatından küçə süpürməlidir ki, onu da günlərin birində “Kamaz” vurub öldürsün?"

635x100

Şərhlər

Musa Quliyevə 2018-03-30 10:19:10

Aydın Heydərov kimi bir işbazla gündə onun bunun torbasını tikməklə məşğulsan. Sənin mənəvi haqqın yoxdur ki, süpürgəçi haqqında da danışasan

Roma 2018-03-30 10:19:10

Bu məsələ ilə bağlı bir neçə gündür ki, müzakirələr aparılır, bir çox insan fikrini bildirir və s. və i. Həmişə yazılarına diqqət yetirdiyim və bəyəndiyim deputat Musa Urudun bu məsələyə münasibətini heç cür həzm edə bilmədim. Belə ki, küçə süpürmək ehtiyac əlamətidir və yəqin ki, Musa müəllim bunu bilməmiş deyil...

iqtisadçı 2018-03-30 10:19:10

Qubad bəy,bu yazını sayta yox, hokumetə göndərməyiniz daha məsləhədir.Çünki ola bilsin birbaşa Abutalıbova göstəriş verərdilər ki, ( əgər Hacıbala yerinə yetirərsə) bu işlərlə məşğul olsun. Bu bir effekt verə bilərdi.Yoxsa sayta göndərirsiniz,orada da oxuyan oxuyur.oxumayan da yan keçir,nəticə isə olmur.Adresi düzgün seçməkdə fayda var.

Qulu 2018-03-30 10:19:10

Kiçik qabaratli, səki və dar küçələri təmizləyə bilən texnika hələ 6-7 il əvvəl böyük sayda alınıb və hətta Azadlıq meydanında da cəmiyyətə təntənəli şəkildə təqdim edilib. Nə üçün tətbiq edilmir? Cavabi çox bəsitdir...Ən yaşlı süprgəçi qadını da qoyublar Niyazi küçəsini süpürməyə-Filarmoniyanın yanı, Apparatın qarşısı, turistlərin çox keçdiyi yer...

Səməd 2018-03-30 10:19:10

Hörmətli Qubad müəllim! Sizin demək olar ki, bütün məqalələrinizi oxuyuram. Aktual məsələlərə obyektiv yanaşmanıza görə Sizə minnətdarlığımı bildirirəm. Sizin kimi insanların varlığı Bu Millətin deqaradasiya olunmasının qarşısını alır.

Qoca 2018-03-30 10:19:10

TALANMIŞ ÖLKƏNİN SÜPÜRGƏÇİLƏRİ,HAMBALLARI

Arif 2018-03-30 10:19:10

Rusiya telekanallarinda bir zaman, ehali uchun, KUTLEVI - ZOMBI- QIPNOZ SEANSLARINI KECHIREN КАШПИРОВСКИ -nin METODUNA UYQUN, indiki Azerbaycanda, QIPNOZ TEBLIQATI KECHIRILIR - "Azerbaycanda, ANALOQU HECH BIR YERDE OLMAYAN - BOYUK BIR "INKISHAF" VAR..." Hakimiyyetdeki cenablar, siz oz arvad ve bacilarinizi GONDERERSINIZMI SUPURGECHI ishlemeye "СКОРОСТНОЙ" - avtomobil hereketleri SHOSSEYE ??? HARADA ITIB-BATIB, YOLLARI ZIBILLERDEN TEMIZLEYEN - sizin TEXNIKALAR ? BESDIRIN, YALAN-PALANA SON QOYUN !!!

X 2018-03-30 10:19:10

VALLAH BİZİM İSİMİZ ALLAHA QALİB AİLE DÖVLETDİ AİLE DOVLETDİSE DOVLETDE AİLE OLMALİDİ QOY AİLENİN BASCİSİ UTANSİN USAGİ AC YALAVAC AİLE BASCİSİNA NECE BAXİRLAR? DEYİRLER KULBAS QAZANDİGİN HAVAYA SORUR YADA TENBELDİ İSLEMİR İNDİ BİZDE BUNUN HANSİDİ BİLMİRE..

Musa Quliyev-a 2018-03-30 10:19:10

Araşdırma belə aparılmalıdır cənabi duputat. Adınız millətin vəkilidir ancaq prokuror kimi danışırsınız. Az qalmasız ölmüş süpürgəçinin süpürgəsinə iş kəsəsiniz. Deyirsiz yaşlı qadını heç kim məcbur etmir işləməyə. Ancaq çörək pulu qazanır. Sonra deyirsiniz ki məni söyür, təhqir edirlər. "Ay sənin savadına çəpiş kəsim!"-yoldaş duputat. Millətin bir yaralı barmağına məlhəm ol da.

Musa Quliyev-a 2018-03-30 10:19:10

Cənab duputat yəqin ki bilirsininiz əməyin təhlükəsizliyi deyilən bir anlayış var. Hər bir işəgötürən öz işçisinə təhlükəsiz iş şəraiti yaratmağa borcludur. Necə ola bilər ki sürətli avtomobil yolunda süpürgəçi təmizlik işi ilə məşqul olsun. Bu bədbəxt qadını bu işi gördürən hökümət təşkilatı barədə niyə bir kəlmə demirsiz cənab millətin vəkili? Hara baxır dövlətin əmək nüfətişliyi cənab duputat?

Son yazılar