Almaniya kanslerindən gözlənilməz addım - Foto

Merkel yığma üzvlərinə yaxınlaşaraq onlara birlikdə “selfie” çəkdirib.

Almaniya kansleri Angela Merkel ölkəsinin futbol üzrə Dünya Çempiyonatındakı qələbəsini “selfie” çəkdirməklə qeyd edib.

ANS PRESS-in məlumatına görə, Merkel dünya çemipionu tituluna sahib çıxan futbol üzrə Almaniya yığma komandasının üzvlərinə yaxınlaşaraq onlara birlikdə şəkil çəkdirib.

Yığmanın yarımmüdafiəçisi Sami Xedira Merkelin futbolçularla birlikdə çəkdirdiyi şəkili öz "facebook" səhifəsində paylaşıb.

Qeyd edək ki, FİFA 2014-cü il dünya çempionatının final qarşılaşması başa çatıb. Argentina yığması ilə Almaniya millisi arasında baş tutmuş həlledici qarşılaşmanın qalibi almanlar olub.

Qarşılaşmanın 90 dəqiqəlik bölümü 0-0 hesabla başa çatsa da 113-cü dəqiqədə Mario Qötzenin rəqib qapısından keçirdiyi qol Almaniyaya Dünya Çempionu titulunu qazandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar