Təhsil Nazirliyində idarə ləğv edildi

Təhsil Nazirliyinin tabeliyində olan təsərrüfat hesablı təşkilat- Maddi Texniki-Təchizat İdarəsi ləğv edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda edilən yeni dəyişikliklərdə nəzərdə tutulub.

Yeni dəyişikliklərə əsasən, 23 nömrəli tam orta məktəb həmin siyahınının "Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)" bölməsinə əlavə edilib. /Trend

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar