«Suriyada yeni təhlükəsizlik zonaları yaratmağa ehtiyac yoxur» - Lavrov

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işlər nazir Sergey Lavov bəyan edib ki, hazırda Suriyada təhlükəsizlik zonalarının sayını artırmaq planları yoxdur.

«Təhlükəsizlik zonaları Rusiya, Türkiyə və İran danışıqlarının nəticəsi olaraq saxlanır. Cənub zonası Rusiyanın, ABŞ-ın və İordaniyanın iştirakı ilə formalaşdırılıb. İndiki mərhələdə bu zonaların sayının artırılması barədə heç bir plan yoxdur» - deyə, Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi nümayəndəsi Staffan de Mistura ilə Moskvada keçirilən görüşdən sonra bəyan edib.

Lavrovun bu bəyanatını, «kürdlərə kömək» bəhanəsi altında Fransa əsgərinin Afrinə göndərilməsi barədə dünən yayılan məlumata üstüörtülü cavab kimi də qəbul etmək olar. Frasanın bu «gəzişməsi», əslində Qərb demokratiyasının «buynuzlu» və «ayağı sürüşkən» olduğundan xəbər verir. Diqqət yetirin: bir tərəfdə ABŞ Suriyadan tezliklə gedəcəyini bəyan edir, o biri yanda isə Mazarini və Taleyranın «nəvə-nəticəsi» Afrinə əsgər göndərəcəyini «dınqıldadır»...

Ona görə də bundan sonra dünyanın bütün zurnaları «Qərb demokratiyasının buynuzu var, buynuzu» - oxusa, təəccüblənməyin...

Makaron... pardon, Makronun cavabını isə Ərdoğan artıq ən yüksək notda (Zurnada cəngi notu!) verib - tam bir ay onun qulaqları zurna zilindən yaxa qurtara bilməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar