Ölkədə emal sənayesində azalma fəlakətli həddə çatıb

nemet_eliyev1"Bu ilin yanvar-fevral dövrünə dair DSK-nın açıqladığı hesabatdan məlum olub ki, emal sahələrinin 80 faizini tənəzzül bürüyüb". Bu barədə  iqtisadçı alim Nemət Əliyev öz Facebook səhifəsində yazıb:  "Müqayisə üçün deyim ki, ötən il bu göstərici 41 faiz olmuşdu. Deməli, tənəzzülün təsiri altına düşən sahələrin payı ötən dövrdə 41 faizdən 80 faizə qədər artıb. 20 faiz istisna olmaqla qalan bütün sahələr böhrana girib. Geyim istehsalında 48,3 faiz, içkilərin istehsalında 19 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 45 faiz azalma yaşanıb. Neftayırmada, metallurgiyada, qida sənayesində də istehsalın səviyyəsi düşüb. Qənd və şəkər tozunun istehsalı 90 faiz, duru bitki yağlarının istehsalı 28 faiz, duz istehsalı 36 faiz enib. Bu səbəblərdən emal sənayesinin ümumi göstəriciləri pisləşib. Yerli istehsalın bu genişlikdə tənəzzül etməsi həm işsizlik, həm də yoxsulluq deməkdir. "

Nemət Əliyevin yazdığına görə, belə vəziyyətin yaranmasında yarıtmaz idarəetmənin rolu çox böyükdür: "Korrupsiya, məmur özbaşınalığı, qanunsuzluq, monopoliya kimi çox təhlükəli proseslər dərhal durdurulmalı, ölkədə investisiya üçün əlverişli şərait yaradılmalıdır".

635x100

Şərhlər

aysberq 2018-03-30 21:55:00

Hörmətli Nemət bəy. Siz yazırsınız ki, korrupsiya və özbaşnalıq təcili dayandırılmalıdır. Çox gözəl. Onu kim dayandıraca?- Həmən özbaşnalıqları törədənlər, korrupsiya ilə qidalanıb nəfəs alanlar, yoxsa marsiançiklər gəlib bu məsələləri həll etməlidirlər. Nə qədər ki, burada qanunlar işləmir, Sizin dedikləriniz olmayacaqdır.

Mirzə AĞ 2018-03-30 21:55:00

Hökumət üzvlərinin, dövlət məmurlarının (irili-xırdalı) başı talan-qarətə qarışıb - hamı dövlətdən oğurlayır! Dövlətin büdcəsi artdıqca, talanını miqyası da genişlənir! YAP başbilənləri büdcənin böyüklüyündən dəm vurarkən, qarətin miqyasını gizlədirlər. Çağdaş Azərbaycan 1980-ci illərin Paraqvayına bənzəyir - hər sahənin bir "inhisarçı-generalı" var. Belə şəraitdə iqtisadiyyatdan danışmağa dəyərmi?!

Şərhə şərh 2018-03-30 21:55:00

Cənab iqtisadçı alim, dövlət büdcəsi 15 il öncəki 3 milyarddan Prezidentin titanik səyi nəticəsində 20 milyardı keçib. Ehtimal ki, əcnəbi mütəxəssislər bu respublika üçün bu büdcənin də hədsiz çox olduğunu qeyd ediblər. Ötən iki ildə təkcə İtaliyadan transmilli(Ermənitandan da) idxal on milyardı aşıb. Siz, hansı sənaye və emalı qeyd edibsiniz? Əcnəbinin hasilatına verlmiş sərvətin məbləğı çıxıldıqda, demək olar ki, ölkədə sənaye və emalı yox dərəcəsindədir.

Son yazılar