«ABŞ Rusiyada «rəngli inqilab» törətmək istəyir» - Dövlət Dumasının deputatı

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Dövlət Dumasının təhlükəsizlik və korrupsiya ilə qarşıdurma komitəsinin üzvü Adalbi Şxaqoşev hesab edir ki, Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ MKİ) və Dövlət Departamenti (DD) Rusiyada «rəngli inqilab» ssenearisi həyata keçirməyə cəhd göstərir.

Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin xəbər vermişdi ki, Rusiyanın informasiya məkanına «feyk xəbərlərin» tullanması, mümkündür ki, ABŞ və ya Ukrayna xüsusi xidmətlərinin təşəbbüsü ilə həyata keçirilir.

«ABŞ xüsusi xidmətləri özünün köhnə adətini yeni şəraitdə nümayiş etdirir. MKİ və DD hazırda bizim ölkəmizdə «rəngli inqilab» ssenarisini reallaşdırmağa cəhd etməklə, artıq 1990-cı illərin əvvəllərində Qafqazda sınamış olduğu dəsti-xətdən istifadə edir» - deyə, Şxaqoşev bildirib.

1995-ci ildə başlamış Çeçenistan müharibəsini (birinci və ikinci) nəzərdə tutaraq, deputat bildirib ki, üstündən 25 il ötməsinə baxmayaraq ABŞ-ın bu iyrənc dəsti-xətti hələ də müşahidə olunur.

635x100

Şərhlər

Kamal 2018-03-30 21:59:28

Cox gözel

Namiq 2018-03-30 21:59:28

Ay bedbextler demakratik dünya kimi hakimyet deyişikliyne inqilab deyirsizse siz ele qoyunsuzki qoyunsuz eger bir devletde hakimyet deyşkliyi yoxdursa o devlet ölüme mehkumdu

Son yazılar