BRİTANİYA PUTİNİ NİYƏ CƏZALANDIRIR? – “Moskva sadə üsullarla ağıllanmayacaq”

Keçmiş rus casusu Sergey Skripal və onun qızının ortadan götürülməsinə edilmiş cəhdə qarşı Londonun ilkin soyuqqanlı reaksiyasını tezliklə Rusiyanın casus diplomatlarının ölkədən çıxarılması əvəzlədi.

Moskvaya qarşı Britaniyanın təzyiqinin gücləndirilməsinə edilən çağırışlara baxmayaraq, bunun siyasi cəhətdən nə qədər məqsədəuyğun olması barəsində taktiki mübahisələr də gedir.

Bu qanunauyğun olsa da, Böyük Britaniyanın önündə ən incə məsələ kimi bütün bunlardan onun nə əldə edəcəyi sualı dayanır. Taktika konkret tapşırıqları müəyyənləşdirməlidir. Belə görünür ki, Rusiyaya qarşı sanksiyalar ilə bağlı yaranmış mübahisələrdə üç iri miqyaslı məqsəd bir-birinə qarşıb.

Həmin qarşıya qoyulan məqsədlərdən biri Rusiyanı susdurmaqdırmı? Cəza tədbirləri vasitəsilə əyanı surətdə Vladimir Putinə onun bundan sonrakı avantürizminin hansı mənfi nəticələr verəcəyini göstərməkdirmi? Belə olan halda tədbirlərin geniş spektri nəzərə alınmalıdır. Bunların bir hissəsi irəliyə gedən nəticələr verəcək, bir hissəsi isə sadəcə rəmzi məna daşıyacaq.

Diplomatların bundan sonra da çıxarılması, futbol üzrə dünya çempionatının boykot edilməsi və ya hətta Rusiya dövlətinin terrorizmə sponsorluq edən dövlət kimi qəbul olunması kimi addımlar, çətin ki, Rusiyaya qarşı praktik təsir etsin. Amma bunlar Böyük Britaniyanın müqavimət iradəsini ortaya qoya bilər.

Bu isə prinsipial ola bilər, çünki Putin bu yaxın zamana kimi hesab edirdi ki, Qərbin hərbi, iqtisadi, siyasi və ya diplomatik sahələr də daxil olmaqla, bir çox üstünlüklərinə baxmayaraq, onların bu üstünlükləri praktik baxımdan həyata keçirməyə iradələri çatmır. Həmin “iradə çatışmazlığı”nın nümayişkəranə şəkildə ləğv edilməsi güclü önləyici tədbir elementi ola bilər.

Heç şübhə yoxdur ki, ilk əvvəl ruslar anoloji tədbirlərlə cavab verəcəklər. Əlbəttə, onların fikirləşdiyi kimi gərginlik yaşanacaq. Amma ümumi yekunda isə onlar tabe olmaq hesabına olmuş olsa da, sadəcə yaranmış vəziyyətlə barışacaqlar.

İkincisi, bəlkə Böyük Britaniyanın başlıca məqsədi Rusiya kleptokratiyasının pozğunluq yaradan təsirindən qorunmaqdır? Skripala edilən qəsdin arxasında nəyin dayanmasından asılı olmayaraq, ”Moskva izi” ilə baş vermiş hüquqi pozuntuların sirr payını Kremldən daha çox, mütəşəkkil cinayətkar qruplarla canbir olan Rusiyanın işgüzar dairələrinin hesabına yazmaq olar. Həm də ki, moskvalıların çirkli pulları üçün seyf rolunu oynayan “Londonqrad”, nəinki Böyük Britaniyaya təzyiq göstərir, eyni zamanda da Rusiyadakı cinayətkar rejimin həyatını xeyli yüngülləşdirir.

Belə bir halda isə hədəf pullar olmalıdır. Hal-hazırda Britaniya hakimiyyəti hüquqi vasitələrin böyük arsenalına malikdir. Sadəcə onların tətbiqi üçün siyasi iradə tələb olunur. Təəssüf doğuran indiki hadisə araşdırma baxımından uğur əldə ediləcəyinə heç bir təminat olmayan mürəkkəbliyi və mütəxəssislərin xeyli vaxtının alınması xüsusiyyətinə malikdir. Amma bu o demək deyil ki, cinayətkarlığa qarşı milli agentlik (FBI-nin Britaniya anoloqu) və digər orqanlar rusların çirkli işlərini üzə çıxarmaq arzusunda deylillər, sadəcə olaraq onlara resurs təqdim edilməli və kart-blanş vermək lazımdır. Bu işdə əsas təməl rolu gücləndirilmiş beynəlxalq əməkdaşlıq oynaya bilər. Həmin pullar hesabına Parisdə, Frankfurtda və ya Nyu-Nyorkda dəbdəbəli apartamentlərin necə əldə olunması sxemini üzə çıxarmaq bu istiqamətdə görülə biləcək işlərin cüzi bir hissəsidir. Ancaq Moskva sadə üsullarla ağıllanmayacaq.

İşgüzar cəmiyyəti əlverişli sövdələşmələrdən imtina etməyə əmin etmək sadə məsələ deyil. Lakin Avropa Birliyi tərəfindən gözlənilməz dəstək belə bir fikrə gətirir ki, biznes dairələrini bu pulların zəhərli olmasına inandırmaq mümkündür və onlar əmin olmalıdırlar ki, həmin problem təkcə Böyük Britaniyanın yox, bütün Qərb dünyasının qarşısında durur.

Talenin kinayəsinə görə rus pullarının qovulması ilə London öz əli ilə Putinə yardım etmiş olar, çünki 2014-cü ildən Rusiya iqtisadiyyatı tənəzzül vəziyyətindədir. Bundan başqa Putin kimi bir adam güc dilindən daha çox anlayır, nəinki iqtisadi göstəricilərdən. Putin elitanın öz pullarının kənarda saxlamasından heç də xoşhal deyil. Axı onun əlləri bu pullara çatmır.

Bundan əvvəl Putin “ofşorsuzlaşdırma” kampaniyası elan etmişdi. O, bu yolla oliqarxların pulunu ölkəyə çəkməyə çalışırdı. Keçən il Rusiyadan axıb gedən 31 miyard dollar 2014-cü ildə ölkədən çıxan pullardan dəfələrlə azdır. Belə ki, 2014-cü ildə Rusiyadan axan kapitalın miqdarı 154 milyard dollar təşkil etmişdi. Ona görə də Böyük Britaniyanın Rusiya kapitalının evə qayıtmasına kömək etməsi ilə məşğul olacağı səfehlik kimi görünə bilər.

Həm də, nəzərə alaq ki, qarşıya qoyulmuş üçüncü mümkün tapşırıq Moskva rejiminin laxladılmasına yönəlib. Hakimiyyətin dəyişdirilməsi ilə bağlı açıq fəaliyyətlərə keçmək təhlükəlidir və hətta sənərəsiz işdir. Lakin London geosiyası qarşıdurmada Kremlin zəiflədilməsi imkanını əldən buraxmaq istəmir.

Nə qədər paradoks olsa da, bu halda kapitalın axınını biz yalnız alqışlamalıyıq. Çünki Putin bilavasitə resurs itirir. Amma hər halda öz elitasının xaricdəki aktivlərinə Putinin nifrət etməsinin səbəbi, həmin pulların ona qarşı istifadə oluna biləcəyi qorxusundan irəli gəlir. London bu qorxunun heç də əsassız olmamasını nümayiş etdirməlidir.

Rusiya elitasına təzyiq göstərməklə London Moskvaya onun ağrılı yeri olan pul kisəsindən vura bilər. Burada söhbət dövlətin vəsait toplayaraq suveren borclar vasitəsilə istiqraz buraxmasından gedir. Sonradan həmin istiqrazlar Qərbdə yığılır. Belə halda Kremlə qarşı sistemli hücumun hədəfi oliqarxların dəbdəbəli pethauzları deyil, suveren borc olacaq.

Hər üç gedişin öz üstünlük və çatışmazlıqları var. Putinizmi dağıtmaq naminə çirkli pulların işə salınmasına yol verilməsi ən təhlükəli məşğuliyyətdir. Lakin elə məhz Putinin müasir makiavelliləri və boz kardinalları pul hərisləridir və belə şeyləri çox cazibədar görürlər. Böyük Britaniyanı Rusiya kleptokratiyasının murdarlıqlarından təmizləmək nəcib, amma gecikmiş məqsəddir. Həm də ki, mümkün aqressiyanın önünü kəsmək üçün o heç cür yardım edə bilməz.

Anti-Putin tədbirlərin yaratdığı gərginlik Moskva tərəfindən yeni hücumlarla cavablandırılacaq. Lakin istənilən halda strateji məqsədə üstünlük verilməlidir. Böyük Britaniyanın nəyi bacaracağını və nəyin öhdəsindən gələ biləcəyini bu başdan və düzgün müəyyənləşdirmək gərəkdir.

(“Foreign Policy”-ABŞ)

635x100

Şərhlər

kAMAL 2018-03-31 00:20:32

bu diktatoru ağıllandırsa idilər onun vassalallsarı mini diktataorlar da ağıllanasrdılar

Qarabaglı 2018-03-31 00:20:32

Bu ovraşın bir güllesi eskikdiki vuralar ovraş ermeni elinnen azerbaycan eskernin qanını töken murdar

Son yazılar