Əhəd Abıyevin oğlu intihara cəhd edib?

Bir neçə gün öncə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 17 yaşlı oğlunun Türkiyədə oteldə 9 mərtəbəli binadan yıxılması barədə xəbər yayılmışdı. Ancaq icra başçısı bu xəbəri təkzib etmişdi.

Publika.az isə bildirir ki, icra başçısının oğlu ilə bağlı daha dolğun və yeni məlumat əldə edib.

Dəqiqləşdirdirilmiş məlumata görə, Əhəd Abıyevin oğlu 9-cu mərtəbədən təsadüfən yıxılmayıb, o, intihara cəhd edib. Belə ki, Türkiyədəki otellərdən birində Əhəd Abıyevlə oğlu arasında mübahisə yaşanıb. Həmin vaxt Ə.Abıyev qardaşı Abı Abıyevi Türkiyəyə müalicəyə aparıbmış. İcra başçısının oğlu da onlarla bir yerdə olub.

Oteldə yaşanan mübahisə zəminindən sonra Əhəd Abıyevin oğlu özünü 9-cu mərtəbədən ataraq intihara cəhd edib.

Xoşbəxtlikdən, icra başçısının oğlu sağ qalıb, ancaq ciddi xəsarət alıb.

“Yazırlar ki, oğlum 9-cu mərtəbədən yıxılıb, xoşbəxtlikdən yüngül xəsarət alıb. Bu xəbərə yalnız gülmək olar”.

Bu sözləri isə musavat.com-a Əhəd Abıyev deyib.

O, bildirib ki, oğlunun intihar etməsi haqda məlumat yalandır: “Gəlsinlər görsünlər, oğlumun bədənində bir cızıq, sıyrıq varmı? Ayıbdır, utansınlar. Uşaq dəniz kənarında istirahətdədir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar