«ABŞ hərbi kontingenti Suriyadan getməsin» - Səudiyyənin müdafiə naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla veriyi xəbərə görə, Səudiyyə Ərəbistanının şahzadəsi və müdafiə naziri Mühəmməd bin-Salman Əl-Səud bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi kontingentinin Suriyada qalması qaçılmazdır. Bu barədə, şahzadənin «Time» nəşrinə verdiyi müsahibədə söhbət açılır.

«Biz, hesab edirik ki, ABŞ hərbçiləri uzun müddətli perspktivdə olmasa da, ən azı yaxın perspektivdə Suriyada qalmalıdır» - deyə, Mühəmməd bin-Salman bəyan edib. Onun sözlərinə görə, ABŞ hərbi qüvvələrinin ölkədən çıxması Suriyada əhəmiyyətli məntəqənin itirilməsi demək olardı.

«Bu dəhliz bölgədə çox şey edə bilərdi» - şahzadə musahibədə bildirib.

Nəşrin qeyd etdiyi kimi, hazırda Suriyada 2 minə yaxın ABŞ hərbçisi qulluq edir.

Bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp Ohayoda çıxış edərkən, növbəti dəfə deyib ki, ABŞ «çox yaxın vaxtda» Suriyadan gedəcək və «qoy, başqaları bununla qayğılansınlar».

Tramp uyğun bəyanatla hələ seçkiqabağı kampaniya dövründə çıxış etmişdi, ancaq ABŞ hərbçiləri əvvəlki kimi, hələ də Dəməşqin rəsmi icazəsi olmadan, Suriyadadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar