2 NƏFƏRİ ÖLDÜRƏN NƏVƏ AZADLIĞA BURAXILIR? - 6 illik cəzadan da narazı qalıb

Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev apellyasiya şikayəti verib.İşə aprelin 17-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəza ilə iki nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olmuşdu. Hadisə avqustun 3-də baş versə də qəza zamanı xəsarət alan piyadaların (hər ikisi Türkiyə vətəndaşıdır) vəziyyəti hələ də ağır olaraq alır. Onlar müalicə üçün Türkiyəyə yola salınıb.

Qəzanın baş vermə səbəbi isə Əli Həsənovun nəvəsinin idarə etdiyi maşının başqa bir avtomobillə ötüşməsi olub.

Hadisədən 4 gün sonra Nail Allahverdiyevin həbs edilməsi ilə bağlı yayılan rəsmi məlumatda göstərildi ki, Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddəsi ilə başlanılmış cinayət işi üzrə 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına, Kürdəxanıya köçürülüb.

Qəza zamanı orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb. Cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Əlavə edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi N.Allahverdiyev barəsində hökm çıxararkən ona Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verib.

Onu da qeyd edək ki, qəzadan sonra Əli Həsənovun 24 yaşlı nəvəsinin milyonluq maşın kolleksiyasının olduğu ortaya çıxıb. Deputat Hadı Rəcəbli nahaq yerə demir ki, məmurlar zirək adamlardır və onların bu keyfiyyəti övladlarında da keçib.

635x100

Şərhlər

Türk-ə 2018-03-31 12:58:03

Hələ deyirlər ki,bunların Dilicanda,yəni Ermənistanda, restoranları var və ora Xəzərdən osetrin göndərilir.

Roma 2018-03-31 12:58:03

Mən istəmirəm nəvə həbsdə qalsın, lakin 2 nəfərin ölümü və 2-sinin də yaralı olmasını, bəlkə də ömürlük şikəst olmalarını gizlədəkmi. Bu hadisənin baş vermə səbəbi harınlıqdır. Bir neçə deputat,hamısı yadımda qalmayıb, amma Fərəc Quliyevin dedikləri yadımdadır, "Əli müəllim böyüklük göstərdi...", kimi deyimləri heç cürə qəbul etmirəm. Birdə ölənlərin yiyələrinin mövqeləri, hadisə olanda bir cür, bir neçə gündən sonra 180 dərəcə fərqli mövqe sərgiləməkləri, "anlaşılandır və ölülərinə qoyduqları hörmətdir"...

Rasim 2018-03-31 12:58:03

Mətbuatda yazılanlardan,xalq arasında gəzən şaiyələrdən deyilənlədən belə çıxır ki bu adamın həyat yoldaşə düşmən millətdəndir,ermənidir. Görəsən bu doğrudur. Doğrudursa niyə............

pensionerə 2018-03-31 12:58:03

İndiki zamanda tək babanın əlindən bir iş gəlməz. Əsas nənədir, nənə. Eşitməmisən baba nənədən, nəvə babadan, it nəvədən, pişik də itdən tutub turpu yerdən çıxarırlar. Əsas turpun başından tutan nənə olur.

türrk 2018-03-31 12:58:03

deytirlər bu kişinin arvadı düşmıən millətdən yəni ermənidir. görəsən düzdür yoxsa yalan? Özü göğrəsən kimdir?

sual 2018-03-31 12:58:03

bunlari sizcə bizlərə, azərbaycanlilara əzrayil gondərməyiblərmi?

Tan 2018-03-31 12:58:03

Ele sifetlerinden bilinir harinladiqlari.

Əkbər 2018-03-31 12:58:03

Avtomobil qəzalarından heç kim suğorta olunmayıb, lakin ə.həsənovun nəvəsi avtomobil ötüşdürən zaman bu hadisə baş verib, o belə tezliklə azad olunarsa mən bir daha əmin olacam ki şah qanundur yəni ə.həsənov qanundur.Bax budur sizinlə xalq arasında yaranan antoqonist (barışmaz) münasibətlər hörmətli məmurlar.Kiçik bir qəzaya görə insanlara çamur ataraq içəri atmaq, lakin milyonlar yeyən, böyük cinayətlər törədən insanların azadlıqda gəzməsi.etibar hüsesnov, elşən musayev, ə.əbiyev kimi adamlarla, seçkidən-seçkiyə insanları alçaltmaqla iqtidarla xalq arasında ölçüyə gəlməz gərgin münasibəblər yaratmaq. Sonra da deyirsiz vəziyyət çox ciddidir.....

əli 2018-03-31 12:58:03

OOOOOOOOOOOOOO boyda kişinin nəvəsini tutmaq da insafdan deyil nə var nə var maşınla 2 nəfəri öldürüb ikisini də şikəst edib O boyda bahalı maşına ziyan dəyib heç onu deyən yoxdur.Hörmət zad da yoxdur kişi elmi işlərini yarımçıq qoyub gedib Qarabağ döyüşlərin də bir batalyon erməni qırib bir batalyon da əsr gətirib

pensioner-ə 2018-03-31 12:58:03

Həm də sifəində zəhrmar yağır.Heç azəri millətinin sifətinə oxşamır.

NUR 2018-03-31 12:58:03

Bu ishde tekce olenlerin yaxinlarini susdurmag - onlari razi salmag umde mesele deyil. Bu Azerbaycan dovletine,xalgina,Azerbaycan Prezidentine garshi en azindan saymamazligdir. Axi ganun ALI -dir ve hami ganuna tabedir, ganun garshisinda hec kim ustunluya malik deyil, o cumleden "MEMURLARIN GUDURGAN EVLADLAR DA"- VE NEZERE ALSAG KI, AZERBAYCAN GANUNLARINA , DOVLETINE, VE S.BU MEMURLAR VE ONLARIN EVLADLARI TUPURUR-BELA BURADAN BASHLAYIR" GANUN SHAHDIR, YA MEMUR EVLADLARI?

t.ədalət 2018-03-31 12:58:03

Əgər nəvəsini həbsdən azad etdirə bilsə,deməli, Əli Həsənov hakimiyyətdən çəkinmir..

G.M 2018-03-31 12:58:03

Qaçqının çörəkpuluyla milyoner olanlar haqqında düşünəndə...adamın yadına dilənçilərin Kralı düşür.Dünyada ən harın həyat tərzi sürən milyonçular arasında ``Dilənçilərin Kralı `` da var.Necə ki,zillət içində olan qaçqınların pulu hesabına harınlaşmışlar da var.

pensioner 2018-03-31 12:58:03

Baba da babadır ha - "ağırçəkili zırpı baba". Daha mənim kimi "lüt baba" deyil.

Son yazılar