İrandan Azərbaycana psixotrop maddə keçirmək istəyən qadın saxlanılıb
Baxiş sayı:
Dərc olunub:
31/03/2018 - 13:15
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, Kazımova soyadlı həmin vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan edilən hər hansı predmet aşkar edilməsə də, lakin onun həkim müayinəsinə zərurət yaranıb və daxili orqanları müayinədən keçirilib.
Nəticədə, adı çəkilən xanım vətəndaşın cinsiyyət orqanında 2 bükümdə, ümumi xalis çəkisi 49,583 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.