Ötən il Azərbaycanın tədiyyə balansında 1,6 mlrd. dollarlıq profisit yaranıb

2017-ci ilin yanvar-dekabr ayları üzrə tədiyyə balansının ümumi profisiti 1,6 mlrd. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən xəbərə görə, bu həm neft qiymətinin 26% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib.

Qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 1% (56 mln. dollar) azalaraq 5,7 mlrd. dollar olub.

2017-ci ilin yanvar-dekabr aylarında cari əməliyyatlar hesabında 1,7 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə profisit 7,4 mlrd. dollar məbləğində olub.

Neft-qaz sektoru üzrə CƏB profisiti ötən ilin müvafiq dövrünə nisbətən 3 mlrd. dollar artdığı halda, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 56 mln. dollar azalıb. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5,7 mlrd. dollar məbləğində kəsirini tam örtüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar