Gürcüstanda iqtisadi artım Azərbaycandakından 4 dəfə çox olub

3q3b2n36j8oehirqc1540i7187gurcustanÖtən ay Gürcüstanda ÜDM-in artım tempi 5,5% təşkil edib.Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, yanvar-fevral aylarında ÜDM 4,9% artıb.

Fevral ayının digər əsas iqtisadi göstəricilərinə əsasən, Gürcüstanda istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,2% artıb, xarici ticarət dövriyyəsinin həcmi isə 16,3% artaraq 1 mlrd. 683,5 min dollar təşkil edib.

Qonşu ölkədə ötən ay 4 250 müəssisə qeydiyyata alınıb ki, bu da yanvar ayına nisbətdə 12,9% çoxdur.

Dövlət büdcəsinin gəlirləri 693,1 mln. lari, xərcləri isə 683,9 mln. lari təşkil edib.

Qeyd etmək lazımdır ki, Azərbaycanda iqtisadi artım yanvar-fevral aylarında cəmi 1.3 faiz təşkil edib(azadlıq.info).

635x100

Şərhlər

Hərbi Pensiyaçıya 2018-03-31 13:52:46

Güman ki, Gürcüstanda Dövlət var? Azərbaycan isə hələlik kos-metik xəyalət Dünyasıdır!

Mühəndis B. 2018-03-31 13:52:46

Niyə, uca şüarlar kimi artımı müqayisəli afişa edirsiniz? Müqayisə üçün Azərbaycanda daha az olacaq adambaşına məhsul(ÜDM) istehsalı kifayətdir. Hasilat neftinin ÜDMdən çıxılması dəqiq tutuşdurma verər. Azərbaycanın Regionun 15 illik Lideri olduğunu da nəzərə almaq gərəkdir.

hərbi pensiyaçı 2018-03-31 13:52:46

1,3% yazırsız. Bu da inasndırıcı deyil. Nəyə görə Azərbaycanın pulu ilə yaşayan gürcüstanda 5,5% artım olsun. Ona görə ki, gürcüstanda məmurlar korrupsiya, rüşvətxorluq, yerlubazlıq nə bilim nə zibil xəstəliklərindən müalicə olunub. Neft-qaz ölkəsinin vətəndaşı borclıa doğulur. gürcüstan isə çiçəklənir.

Son yazılar