«Qəzzada baş verənlər araşdırılsın» - BMT Baş katibi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verliyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Qəzzanın Fələstin sektorunda baş verən hadisələrin, o cümlədən toqquşmalarda insaların həlak olması epizodlarının araşdırılmasına çağırış edib.

«Baş katib Qəzza sektorunda Böyük qayıdış yürüşündə iştirak edən fələstinlilərlə İsrailin təhlükəsizlik qüvvələri arasında baş vermiş və azı 15 nəfərin həlak olması ilə nəticələnmiş toqquşmalardan dərin narahatlıq hissi keçirir» - deyə, Baş katibin rəsmi nümayəndəsinin müavini Farhan Hak bəyan edib.

«Baş katib bu insidentlərin müstəqil və açıq araşdırılmasına çağırır» - deyə, nümayəndə əlavə edib.

635x100

Şərhlər

cumbulu 2018-03-31 14:42:45

Ey Anton lap elə böyük doğrama. Abramın acığına gələr, Sənin kormitini kəsər. P.S.Ərəbin başı batsın İsrailin 70 yaşı tamam olur. bu 70 ildə abrama heç nə edə bilmədilər.

Son yazılar