Bakıda müxalifətin növbəti mitinqi keçirilib - FOTOLAR (Yenilənir)

Dərc olunub: 31/03/2018 - 17:11

mitinq (1)

Bu gün Bakıda, Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) müxalifətin növbəti mitinqi keçirilib.  Milli Şura və Müsavat Partiyası birgə mitinqi Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılıb və saat 15:00-dən 17-dək davam edib. Mitinqin əsas tələbləri bunlar olub “Azad seçki!”, “Monarxiyaya son!”, “Korrupsiyaya yox!”. Mitinqdə həmçinin “Erməni terrorunu lənətləyirik!” şüarı səsləndirilib və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına qiymət verilməsi tələb olunub.
1918-ci il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir. Bu il həmin hadisələrin 100 illiyi ilə bağlı ölkənin bir sıra yerlərində rəsmi və qeyri rəsmi anım mərasimlərinin keçirilməsi planlaşdırılıb. Azadlıq Radiosunun məlumatına görə, mitinq 31 mart qırğınının 100 illiyinə düşdüyündən bu aksiyada da həmin hadisələr xatırlanib.

Müxalifətin 31 mart mitinqinin aparıcısı bu dəfə də AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseynli olub.

İlk çıxışı AXCP sədri Əli Kərimli edib. O, çıxışında əvvəlcə 31 mart soyqrımından danışıb, erməni terrorunu lənətləyib, dünyanın erməni terroruna göz yummaqda ittiham edib.
AXCP sədri1918-ci ilin mart qırğınından danışarkən deyib ki, “erməni terroru 100 ildi davam edir”. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu deyib: “Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.
Əli Kərimli həm də hökuməti Rusiyadan yararsız silah almaqda suçlayıb.
Azərbaycanın Müdafiə Nazirliyi bu günlərdə bəyan edib ki, Rusiyadan alınan silahların yararsız olması haqda məlumatlar həqiqətə uyğun deyil.

Azadlıq Radiosunun məlumatına görə, Əli Kərimli çıxışında həmçinin vurğulayıb ki, ölkədə 160 civarında siyasi məhbus var. “Onlar bu milləti sevən ninsanlardır.”, deyən Əli Kərimli onlardan bəzilərinin adını çəkib.
Ancaq Azərbaycanda hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Əli Kərimli hakimiyyəti korrpsiyada da ittiham edib. AXCP sədri hakimiyyəti ölkəyə söyüşü siyasəti gətirməkdə də ittiham edib.

Mitinqdə çıxış edən vəkil Osman Kazımov isə polislərə müraciət edib:“Əzizlərim “ Polsi haqqında” qanuna görə siz xalqı müdafiə etməlisiniz, məmurları yox…”

Osman Kazımov deyib ki, polislər də onlara dogma, qardaş adamlardır: “Biz mitinqdən sonra evlərimizə gedəcəyik.Onlar isə xidmətlərini davam etdirəcəklər. Həyatlarını risqə atacaqlar…”
O.Kazımov Qarabağ münaqişəsindən danışarkən Əbülfəz Elçibəy hakimiyyəti ilə mövcud hakimiyyət arasında parallel aparıb. Ə.Elçibəy hakimiyyətinun dövründə Qarabağın 1/3-nin azad edildiyini deyib.

Müsavat fəalı Tofiq Yaqublu isə hakim komandanı Azərbaycanı talamaqda” ittiham edib: “Bu komanda yaralı Azərbaycanı sökməklə, parçalamaqla məşğuldur”.
Tofiq Yaquboğlu iddia edib ki, bunların Azərbaycanı talamaqdan başqa heç bir məqsədləri yoxdur.

Hakimiyyət rəsmiləri isə müxalifətin korrupsiya ilə bağlı ittihamını qəbul etmirlər.

Milli Şuranın sədri Cəmil Həsənli prezident seçkilərini “məzhəkə” adlandırıb. O, prezidentliyə namizədlərinin əksəriyyətini hörməti olmayan adamlar adlandırıb. O, xalqın seçki haqqın əlindən alındığını bildirib: “Azərbaycan konstitsuyasına görə, xalqın seçki hüququnu əlindən almaq ən böyük cinayətdir”.

Bakı Şəhər Baş Polis İdarəsi mitinqlə bağlı açıqlama yayıb. İdarədən “Report”a daxil olan məlumata görə, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
“Saat 15:00-dan 17:00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”, - məlumatda qeyd olunub.

Aksiyanın təşkilatçıları isə Bakı Şəhər Baş Polis İdarəsinin sayla bağlı ifadə etdiyi rəqəmi dəqiq hesab etmirlər. Təşkilatçıların bildirməsinə görə, say dəfələrlə kiçildilib.

mitinq (1)

29354805_1754091924646957_8466445657796259639_o
FE23134B-D109-42D1-B1D8-100287891DAD_w1023_r1_s








loading...


Fikrinizi bildirin