"Mitinqdə 1200 nəfər iştirak edib" - Polis İdarəsi

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

İdarədən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 31-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Aksiyanın təşkilatçıları isə Bakı Şəhər Baş Polis İdarəsinin sayla bağlı ifadə etdiyi rəqəmi dəqiq hesab etmirlər. Təşkilatçıların bildirməsinə görə, say dəfələrlə kiçildilib.

635x100

Şərhlər

Mirzə AĞ 2018-03-31 17:44:51

Mitinqçilərin saqı lap 12 nəfər olsa belə, tədbir mahiyyət etibarilə, ETİRAZ aksiyasıdır!

Əhməd 2018-03-31 17:44:51

120 olar 1200 çoxdur

Yusif 2018-03-31 17:44:51

General esas odurki qlgllclm var .....

vızzz 2018-03-31 17:44:51

Rəis Sizə yanlış məlumatlar vermişlər. O rəqəmi ən azı 10 vurmalısınız.

Son yazılar