Sumqayıtda avtomobil oğrusu saxlanıldı

Martın 30-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Sumqayıt şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, araşdırmalarla şəhər sakini Yavər Cahangirovun “Mercedes” markalı avtomobilinin 4-cü mikrorayon ərazisindən qaçırıldığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Xanlarov avtomobillə birgə saxlanılıb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar