TƏHSİL EKSPERTİ, YOXSA TƏHSİL NAŞISI? - Dünya Bankının milyonları necə oldu?!

Mirşahinin televiziyasının “Real vaxt” proqramının təhsillə bağlı qonağı Asif Cahangirova baxdım və xəcalət çəkdim. Onun uzun müddət Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri vəzifəsində çalışdığı illər heç yaxşı xarakterizə olunmur.

Aparıcı Eldəniz Vəliyevlə söhbəti də onu göstərdi ki, bu adam təhsil haqqında sistemli bilgilərə malik deyil. Orta təhsilin qarşısında duran problemlərdən xəbərsizdir. Eldəniz Vəliyevin suallarındakı naşılıqlar başadüşüləndir. O, təhsil adamı deyil. Ancaq ekspert naşı suallara da elə cavablar verməlidir ki, sahə üzrə lazımı biliklərə malik olduğunu nümayiş etdirsin. Özü də naşı görünməsin.

Asif Cahangirov çıxışı boyu iddia edirdi ki, bütün məsələlər haqqında onun vaxtilə fikirləri olub. Bir sözlə həm də münəccim cildinə girmişdi. Yeri gəldi - gəlmədi, Sinqapur və Finlandiya təhsilindən bilmədiklərini danışırdı. Məsələn dedi ki, Finlandiyada Pedaqoji fakultəyə qəbul olunarkən heç bir imtahan verilmir. Başdan–ayağa yalandır.

Finlandiyanın məşhur təhsil tədqiqatçısı Pasi Salberqin “Finlandiya dərsləri” kitabından: “Hər il Finlandiyanın 8 Pedaqoji ali məktəbinə ümumi təhsil müəssisələrinin yuxarı pilləsinin minlərlə məzunu daxil olmağa cəhd edir. Müsabiqə çox yüksək olur. Bu ali məktəblərə daxil olmaq üçün orta məktəbləri bitirmək bəs etmir. Bunun üçün ciddi şəkildə keçirilən Milli Buraxılış İmtahanlarını müvəffəqiyyətlə vermək lazımdır. İbtidai təhsil müəllimləri olmaq istəyənlər içərisindən Milli Buraxılış İmtahanlarında yüksək nəticə göstərən abituriyentlər seçilir”. Məncə əlavə şərhə ehtiyac yoxdur.

Asif Cahangirovun ali təhsil sahəsindəki bilgiləri o qədər qüsurlu idi ki, bunları şərh etməyə belə vaxt itkisi hesab edirəm. O, ali təhsilin əlifbasını belə bilmir. Fikir verin, bu adam deyir ki, biz fizikanı, riyaziyyatı, kimyanı mükəmməl bilənləri yox, o bilikləri çatdıran, səriştəsi olanları hazırlamalıyıq. Fizik fizikanı bilmirsə, onda fənnini uşaqlara necə çatdıra bilər, yaxud hansı səriştəyə malik ola bilər. Biliklə səriştənin fərqini isə ümumiyyətlə izah edə bilmirdi...

Asif Cahangirov bioqrafiyasında yazır: “Dünya Bankının maliyyə dəstəyi və texniki yardımı ilə 10 illik Təhsil İslahatı Proqramının (2003-2013), onun birinci mərhələsi olan və beş komponent, on alt-komponentdən ibarət Təhsil Sektorunun İnkişafı Layihəsinin (2003-2007) işlənib hazırlanmasını təmin etmişəm. Layihə umumi təhsildə aşağıdakı prioritet istiqamətlər üzrə köklü islahatların aparılmasını nəzərdə tutmuşdur: ümumi təhsilin keyfiyyəti; kurrikulum; müəllim hazırlığı; dərslik siyasəti və s”.

Real TV-də isə deyir: “Səviyyə aşağıdır. 20 ildən çoxdur deyirəm ki, müəllim hazırlığı sistemi bizdə əsaslı şəkildə dəyişdirilməlidir. Biz müasir müəllim, əsl müəllim hazırlamalıyıq”.

Bəs onda Dünya Bankının milyonları necə oldu, hara xərclədiniz o pulları?! Deyirsiniz ki, təhsildə itirilənlər əldə edilənlərdən daha çoxdur. Bir pedaqoq kimi deyirəm: təhsildə itirilmiş illərin əsas səbəbkarlarından biri elə sizsiniz.

Düşünürəm ki, təhsil sahəsində ekspert institutunun nümayəndələrinin təhsil ictimaiyyətini çaşdırmaqdan başqa əllərindən heç nə gəlmir. Bunun üçün Asif Cahangirovun, Elşən Qafarovun və Kamran Əsədovun danışıqlarını dinləmək bəs edir.

P.S. Asif Cahangirov "Avropa-Azərbaycan" məktəbində Himayədarlar Şurasının üzvüdür. Tövsiyyə edərdim ki, bu məktəbin rəhbərliyi Cahangirovun çıxışını diqqətlə izləsin. Məncə bu çıxışın məktəbin reytinqinə də təsiri olacaq.

Nəriman Əliyev

635x100

Şərhlər

turan 2018-03-31 21:12:44

Təhsil işçisi olmasam da deyə bilərəm ki, son 10 ildə təhsilimizə vurulan ən böyük zərbə mənasız kurikulum sisteminin tətbiqi olub..

Nizami 2018-03-31 21:12:44

Asifin heyat yoldashi ermenidir. Dunya bankinin layihesine gelince ise, Asif ve onun komandasi butun kreditleri dagitdilar ve neticede de hokumet hec bir teklifi qebul etmedi yalniz yeni krikulumun tetbiqinden bashqa.

Nəriman Əliyev 2018-03-31 21:12:44

Baxşeyiş! Utanırsan mənə böhtan atdığına görə. Atan yaşındayam. Sifarişlə yazı yazanın atasına nələt. Sən Asif Cahangirovu məndən yaxşı tanıyırsan? Mən onun Azərbaycan təhsilində hansı missiyanı daşıdığını gözəl bilirəm. Simbioz, qeyri - müəyyən fikirləri ilə təhsilimizin bünövrəsini qazmaqla məşğuldur. Cahangirov kimilər təhsildən təcrid olunmalıdır.O. təhsilimizə ləkədir.

BAXŞEYİŞ 2018-03-31 21:12:44

ASİF CAHANGİROV SOZUN ƏSİL MƏNASİNDA TƏHSİL BİLİCİSİDİR.BU MƏQALƏ EŞŞƏYİ QOYUB PALANİ DOYMƏKDİR.AZƏRBAYCAN TƏHSİLİNİ BƏRBAD HALA MİSİR MƏRDANOV SALİB HANSİ Kİ BU GUNDƏ YUKSƏK VƏZİFƏ TUTUR NƏRMAN BƏY KİMİNSƏ SİFARİŞİ İLƏ SU BULANDİRİR.ASİF MUƏLLİM SUMQAYİT VƏ BAKİ ŞƏHƏR TƏHSİL İDARƏLƏRİNƏ RƏHBƏRLİK ETDİYİ DOVRLƏRDƏ KİFAYƏT QƏDƏR UGURLU İŞLƏRƏ İMZA ATMİŞDİR.

Müəllimə 2018-03-31 21:12:44

Və beləliklə Azərbaycanda təhsilin başına daş salıblar.Millətin savadsız yetişməsi bəzilərinin xeyrinədir.Hələ bir utanmayaraq xarici təhsilə üstünlük verirlər.Sovet dövrü bizim institutlara xaricdən təhsil almağa gələrdilər.İndi nə oldu? Bunu edənlər,təhsilimizi bu günə salanlar niyə ortaya çıxarılmır? Əksinə vəzifədə böyüyürlər.Bəs ölkənin gələcəyi? Nə üçün 11 il məktəbə gedən şagirdə əlavə olaraq hazırlaşma lazım gəlir?

AAgahuseyn 2018-03-31 21:12:44

AZƏBAYCANDA ən bəbad sahə TƏHSİL VƏ SƏHİYƏ sistemidir.Mənimdə bəyənmədiyim SOVET dövründə bu iki sahə indikindən qat-qat yüksək və uqurlu iydi.Həkim 32-min pul alır ancaq əmək hakqı kimi 150-man ğöstərilir. həm verğidən yayınir həmdə xəstənin ANASIN aqladırlar.Müəllimin hər biri 50-80 nəfər şagird hazırlayır sinifə daxil olanda deyir uşaqlar oturun sakit testinizlə məşqul olun özü yatır cünkü yorqundur. Mənim 5 nəvəm orta məktəbdə oxuyur.kim inanmır ğəlsin ğöstərim.

müəllim 2018-03-31 21:12:44

Nəriman bəy, tamamilə haqlısınız, milyonların üstündən su içiblər, kurikulum adı ilə milləti çaşdırmaqdan başqa bir şey də etməyiblər. Müəllimlər, valideynlər, ən əsası da şagirdlər çıxılmaz vəziyyətdədir.Nə formativ, nə diaqnostik, nə də KSQ və BSQ üsulları işimizə yarayır. Təsəvvür edin ki, kurikulum adına dedikləri heç bir şey məktəbdə reallaşmır. Şagird əziyyət çəkir, müəllim fəadkarlıq edir, valideyn hazırlıqlara pul tökür, ortada heç nə.

OQTAY RƏHİMOV 2018-03-31 21:12:44

Asif müəllim 13 medalisti olan sinifdə ensiklopedik biliklə birinci idi Qızıl medalla qurtarıb bir imtahanla universitetə qəbul olub fərqlənmə ilə qurtarıb o vaxtdan özünü təhsilə həsr edib ....görünür ki ya Asif müəllim sizin sözünüzü yerə salıb ya da bu yazı zakazdır .....

Abdulla 2018-03-31 21:12:44

Hörmətli müəllif,bu sualları Cahangirova yox,Misir Mərdanova verməli idiniz.Çünki finansa sahib və sərəncamçı o olub. Bu yetim nə bilsin ki,onlar ayrılan vəsaitlri necə bölüşdürüblər.Bir də ki, hər tərəf qohum-quda olan halda ekspertin işi və rəyinə fikir verən olacaq? Belə müsahibələrlə təhsil düzələn deyil.

Eldar Hüseynov 2018-03-31 21:12:44

Bu adamın mənəvi haqqı yoxdur ki, təhsildən danışsın. Gedib evlərində də oturmurlar. Azərbaycan Avropa məktəbi nə ağılla bu adamı Himayədarlar Şurasına üzv edib. Mən həmin verilişə baxdım. Ayıbdır. Asif Cahangirov kollec tələbəsi səviyyəsində danışdı.

Son yazılar