"DƏHŞƏTLİ TALANÇILIĞIN ƏSAS SƏBƏBİ..." - Qüdrət Həsənquliyev

"Belə görsənir ki, xalqımızla bərabər iqtidarı da mövcud vəziyyət tam qane edir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyev AzTV-nin prezidentliyə namizədlərin hazırki reytinqi barədə keçirdiyi rəy sorğusu ilə bağlı Moderator.az-ın bir neçə sualını cavablandırıb. Xatırladaq ki, AzTV-nin təqdim etdiyi rəy sorğusuna görə, əgər seçkilər indi keçirilərsə, seçicilərin 83.4%-i hazırki dövlət başçısı İlham Əliyevə səs verəcəklər. Digər namizədlərdən ən çox səs ala biləcək şəxs kimi isə Sərdar Cəlaloğlunun adı qeyd edilib – 3.2%. Zahid Orucun 2,6%, Qüdrət Həsənquliyevin isə 2.1% səs toplaya biləcəkləri qeyd olunub.

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev söhbətimi təqdim edirik:

- Qüdrət bəy, Az.Tv ilə yayımlanan son rəy sorğuları göstərir ki, bu seçkilərdən də sonra Azərbaycanda nəinki güclü, hətta minimal standartlara cavab verən müxalifət formalaşmayacaq, bu, Sizi narahat etmirmi?

- Əlbətdə narahat edir, amma bu reallıq məndən çox ölkənin gələcəyinə görə daha çox məsuliyyət daşıyan iqtidarı narahat etməlidir. Qərb demokratiyasını mənimsəmiş heç bir ölkədə heç bir siyasi lider bizdəki qədər çox səs toplaya bilməz. Yaxud 3-4%-lə olmuş olsa da yalnız iqtidarı yalançılıqda, talançılıqda və hər cür cinayətlərdə suclayan və indikindən daha güclü və ədalətli cəmiyyəti necə quracağı barədə bir söz belə deməyən namizəd ana müxalifət statusu qazana bilməz. Beynəlxalq Bankda baş vermiş dəhşətli talançılığın, MTN-də baş vermiş rəzalətin və s. bu kimi cinəyətlərin baş verməsinin əsas səbəbi ölkədə güclü müxalifətin olmamasıdır. Görünür, insanlar hələ bunun fərqində deyil.

- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Vəziyyəti ya seçicilər seçki məntəqələrinə gəlib, ölkənin gələcəyini düşünərək səs verməklə, ya da iqtidar ölkənin gələcəyini düşünərək siyasi islahatlar aparmaqla dəyişə bilər. Sonuncu rəy sorğusu da bundan əvvəlki prezident seçkilərinin nəticələri də göstərir ki, xalqdan bunu gözləməyə dəyməz. Narazı elektorat iqtidara real alternativ kimi iqtidarı daha ağır ittiham edənləri qəbul edir. Fərq etməz onlar hakimiyyət dəyişərsə indikindən daha yaxşı cəmiyyət qura bilər, ya yox. Ümid qalır iqtidarın ölkədə aparacağı siyasi islahatlara. Bu da az inandırıcıdır. Belə görsənir ki, xalqımızla bərabər iqtidarı da mövcud vəziyyət tam qane edir.

- Onda Sizin məntiqinizlə dalana dirənmişik?

- Yox, zaman itirsək də cəmiyyət inkişaf edir, gec də olsa nəticələr özünü göstərəcək. Biz ruhdan düşməməli, səbrli olmalı, əldə olunanları itirməmək üçün ölkədə sabitliyi qorumalıyıq. İqtidarda olanlar da xalqımızın nümayəndələri olduğundan, ölkəmizi inkişafın yeni mərhələsinə keçirmək üçün seçicilərlə işləməyə davam etməliyik. Digər variantlar ölkəmizi məhv edər.

635x100

Şərhlər

Sabir 2018-03-31 21:33:19

Bütov Azərbaycan Xalq cəbhəsi-necə başa düşülür.AXC-ni yaradan Əbülfəz Elçibəy olub,sonradan isə AXC-nu Ə.Kərimli idarə edib.Ə.Kərimli heç olmasa ildə 1-2 dəfə ortaya çıxır,400-600 nəfəri meydanda toplayıb milləti düşündürən məsələləri ortaya qoyur,bildirir.Bəs bu Bütov AXC nə deməkdir və onun fəaliyyəti,üzvləri varmı ,onları millət niyə görübŞ eşitməyib. Belə partiyanın səsini eşidən,mövcudluğunu duyan varmı?

naxçıvanlı 2018-03-31 21:33:19

AZ TV-nin sorğusunun nəticələri, ağ yalandır! Teledebata baxan istənilən seçici, Əli Əhmədov kimi nümayəndəsi olan namizədə səs verməz! Çünki Əli Əhmədov debat iştirakçıları arasında ən zəifidir. Onun çıxışları yalan, mənasız və məntiqsizdir. AZ.TV seçiciləri ələ salmasın! Bu dərəcədə yalan olmaz axı! Seçici kar və kordurmu? Ölkədə azad məhkəmələr yoxdur, məmur özbaşınalığı tüğyan edir. Şikayətə baxan yoxdur. Ən yaxşı halda, şikayətə aid olmayan başdansovdu cavab göndərirlər.

Seçici 2018-03-31 21:33:19

İndiki seçki oyunbazlıqdan başqa heç nəyə bənzəmir.Namizədlərin seçki platforması yox,çıxışları rəqibləri olan digər namizədi tərifləmək, namizədi olmayan müxalifəti tənqidi üstündə qurduqları çıxşlar ikrah doğurur.OLmayan inkişafdan,azadlıqdan danışır, tənəzzül, hüquüqsuzluqdan,qanunların işləmədiyindən, repressiyadan söz aşılmır.Milləti uyutmaq,aldatmaq,yalanlarla baş qatmaqla məşğul olmaq debat sayılmır.Sadəcə aldatmaca oyunu!yıb

ağsaqqal 2018-03-31 21:33:19

Ay hörmətli deputat ,deyorsənki ölkədəki talançılığın əsas səbənkarı zəif müxalifətdir ,elədirsə ,niyə onlar istintaqa cəlb olunmur ?

Arif 2018-03-31 21:33:19

Q. Həsənquliyev, sen oz dediyin sozlere diqqet ver ve ANALIZ et : "...İqtidarda olanlar da xalqımızın nümayəndələri olduğundan, ölkəmizi inkişafın yeni mərhələsinə keçirmək üçün seçicilərlə işləməyə davam etməliyik..." Senin bu sozlerin QERIBE seslenir : "ölkəmizi inkişafın yeni mərhələsinə keçirmək üçün", - BU YALANCHILIQDIR ! Olkede, UZUN ILLERDIR ki, INKISHAF YOXDUR ve GERILEME - TENEZZUL FAKTI VAR, amma, sen, sechicilerle ANTIHEQIQET - KUTLEVI ZOMBI - QIPNOZ SEANSI KECHIRMEYI VED EDIRSEN...

Seçici qrupu 2018-03-31 21:33:19

Birgə ilhamla İRƏLİ ola bilir!

Bakılı balası 2018-03-31 21:33:19

............ Biz onsuz da cənab prezidentimizə səs verəcəyik.

secici 2018-03-31 21:33:19

Neçə ildir qeyd edirəm-Qarabağ həlli kəskin hüquqi iddialarla mümkündür. Men Sizi destekleyirem Bu imkani bizim ali qanun-Konstitusiya tenzimliyir Bu addim konkret ve islekdir Bu yol huquqi devlet ucun cox duzgun ve en optimal yoldur

Əkbər 2018-03-31 21:33:19

Xalqı çaşdıranların ən tipik nümayəndəsi sizsiniz...

İsi 2018-03-31 21:33:19

QÜDRƏT SƏN TƏSDİQ EDİRSƏN Kİ BU MİLLƏT XALX DÖVLƏT DƏHYŞƏTLİİ TASLAN OLUNUB. DEEMƏLİ BU HAKİMİYYƏT NGETMƏLİDİR. ÇÜNKİ BÜTÜN TAQLANLAR GTƏLİB HAKİMYƏT ADAMLSARINA.....

Bəhram Qarabağlı 2018-03-31 21:33:19

Respublikada əlliyə yaxın İctimai-siyasi qurum və təqribən eyni sayda banklar fəaliyyətdədir. Cənab Partiya Sədri, "xalqdan çıxış yolu gözləməyə dəyməz", "iqtidarın islahatlarına ümid azdır" və müxalifət yaramazdır! YAPa alternativ göstərməyən partiyalar əl, yoxsa fit çalmaq üçünmüş? Sıravi vətəndaş-xalq çalışır. Neçə ildir qeyd edirəm-Qarabağ həlli kəskin hüquqi iddialarla mümkündür. Vətəndaşı-xalqı heç bir qurum və lider eşitmək belə istəmir. Səbəbinin Partiyanızla və MM-də təhlilini rica edirəm.

GM 2018-03-31 21:33:19

Dünya nalı Dünyada qalacaq..... Bunu bütün mallımbəylər də bilməlidir.

Son yazılar