Kembricdə Stiven Hokinqlə vida mərasimi keçirilib

İngiltərənin Kembric şəhərində martın 14-də 76 yaşında vəfat edən fizik-nəzəriyyəçi Stiven Hokinqlə vida mərasimi keçirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Müqəddəs Məryəm kilsəsində keçirilən mərasimdə onun ilk həyat yoldaşı Ceyn, onun övladları, həmçinin "Stiven Hokinqin dünyası" filmində baş rolun ifaçısı aktyor Eddi Redmeyn iştirak edib.

Kilsəyə ümumilikdə 500 nəfər dəvət olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar