Kemerovo vilayətinin qubernatoru istefa verib

Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə postunu tərk edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü regional administrasiyanın məlumatında deyilir.

"Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib", — deyə vilayət administrasiyasının mətbuat xidməti bildirib.

"Zimnaya vişnya" ticarət mərkəzində yanğın martın 25-də baş verib. Faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.

635x100

Şərhlər

pensioner 2018-04-01 10:25:59

Eşitdiyimə görə Həcibala müəllim də işdən azad olunması üçün 7-8 dəfə ərizə yazıb. "Qiymətli kadr" olduğu üçün ərizəsi təmin olunmayıb.

Fəradi 2018-04-01 10:25:59

Eyni ilə bizdəki kimi... Vəzifədən istefa verərlər, o kreslodan əl çəkmək olar?

nazile 2018-04-01 10:25:59

Bes bizde niye oz xoshu ile bir hadise bash verende nazirler istefa vermir

Cəmil 2018-04-01 10:25:59

Əslində normal insan belə də etməlidir. Bizdə isə allah eləməsin minlərlə adam da ölsə 80 yaşlıların heç tükü də tərpənməz. Dünya dağılsa da kresloda ölkmək istəyirlər.

Son yazılar