“PUTİN PSİXİ XƏSTƏDİR!” – “Mütəllibov tipli birini hakimiyyətə gətirməyə cəhd edir”

"Putin psixi xəstədir. O, bu günə qədər imperiya xəstəliyindən qurtara bilməyib, Sovet imperiyasını bərpa etmək ən böyük arzusudur".

"AzPolitika.info"nun məlumatına görə, bunları Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev ovqat.com saytına müsahibəsində deyib. Eks-spiker əlavə edib ki, Putin Azərbaycan dövləti üçün ən böyük təhlükədir.

"Məsələn, Krımı işğal etmək, Donbas və Luqanskda Ukraynaya qarşı müharibə etməklə, Putinin Rusiya Federasiyasına, onun vətəndaşlarına vurduğu ziyan fantastikdir. Heç bir ağlı başında olan insan ərazisinin 90 faizinin 100 illərlə boş qalacağını bilə-bilə kiçik əraziləri işğal etməklə, ölkəsini bu səviyyədə izolyasiyaya salmazdı. Ona görə Rusiya həmişə olduğu kimi, bu gün də Azərbaycan üçün ən təhlükəli dövlətdir. Ölkəni işğal etməkdən çox, ləzgi, talış, və erməni faktorlarından istifadə etməklə, Mütəllibov tipli birisini hakimiyyətə gətirməyə cəhd edəcəkdir. Ancaq Suriyadan fərqli olaraq, Azərbaycanın qonşuları İran və Türkiyənin reqionda öz maraqları var və bu, rusları açıq təcavüzdən saxlayan faktorlardır".

R.Quliyev deyib ki, Qərb ölkələri də Rusiyanın Azərbaycanı işğal etməsi cəhdinə qətiyyətli müqavimət göstərər.

Rasim ƏLİYEV

635x100

Şərhlər

Alim 2018-04-01 23:05:16

Rəsulun dedikləri amerikanin arzularidir , amerikanin dunyada xaus yaymaq planlarina yardimci olmaği , ya özu başa duşub , cətin sualdir , yadaki dedirdibler , ki cölə cixsin.

********* 2018-04-01 23:05:16

Belə suallara kənardan - həqiqəti bütövlükdə görmədən, bütün amilləri qiymətləndirmək imkanı olmadan, cavab vermək çox çətindir. Üzdə görünən həqiqətlər isə bütün həqiqəti əhatə etmir. Qüsurlara, nöqsanlara isə hayıf - ən azı 10 il bizi dala atıb

9 ulduza 2018-04-01 23:05:16

Yerdə sərt iqtisadi-siyasi bolgü var. "Müstəqil", "Güclü" şüarları əvəzinə "Qarabağ işğaldadır!", artıq "İKİ MİLYON AİLƏ ata mülkünə hüquqlarından məhrumdur!", tələblərini Qərb illərlə gözlədi və sonu "Güclüsən, get özün həll et!" oldu. İşğalçıya silahın verilməsi və satılmasına kəskin notlar verilməliydi? BMT, Qərb susana nə dəstək versin? Kənd rayonlarına Bakıda şəhərciklər, hansı siyasi mənanı verir?BMT və Qərbə acıqmı, işğalçıya "him-cimmi", yoxsa vətəndaş ayrıseçkiliyi? Atəşkəs lazımdı, şifahi!

Rəsul Quliyevə cavab 2018-04-01 23:05:16

Sizlər imkan versəydiniz bu gün Qarabağ bizdə idi.Mütəllibov səndən qat-qat güclü siyasətçidir və səndən dəfələrlə çox vətənini sevən bir insandır.

********* 2018-04-01 23:05:16

Yazırsız....."Müstəqil" Bakı isə əsarətdə saxlanan xalqının qanuni hüquqlarının bəyanatı əvəzinə bir daha Kremlə öz itaətini rəsmiləşdirdi”...... Fikirləriizin istiqamətindən onların əsasında dərin analitik materiallar görünür, lakin müstəqil Gürcüstan 10 ildir qanuni hüquqlarını bəyan edir və Kremlə nümayişkəranə öz itaətsizliyini rəsmiləşdirib, nə olsun??? Qərbin ən son sözü nə oldu – ölkədə demokratiyanı inkişaf etdirin, demokratiyanı dərinləşdirin + maddi və mənəvi dəstək + vədlər, imkan olan kimi məslə sizin xeyrinizə həll olunacaq. Düşünürəm o imkan yarananda biz məsələni gürcülərdən də tez həll edə bilərik, ən azından ümid edirəm....))))))

Bəhram Qarabağlı 2018-04-01 23:05:16

R.Quliyev "Sərfə psixozu" deyir. A.Mutalibov neft şirkətlərini qaytarmışdı ki, sifarişləri yığıb (Kremllə məsləhətə zaman üçün) tender keçirəcəyik. M.Mənsimovun, V.Ələkbərovun və digər paylar, eləcə də filialları, Kremlə Azərbaycanı Bakıdan də dərin idarə imkanı verib. Aprel döyüşü İ.Əliyevin ABŞ görüşünə qarşı idi. "Müstəqil" Bakı isə əsarətdə saxlanan xalqının qanuni hüquqlarının bəyanatı əvəzinə bir daha Kremlə öz itaətini rəsmiləşdirdi.

OQTAY 2018-04-01 23:05:16

Memmedle, tam raziyam!!!Yene done-done tekrar edirem,Men ne YAP,nede muxalifetdenem,amma bu gun Lidermizi desteklemeliyik,Ilham temiz liderdir,etraflarindakinin coxu,SSRI-yuxusu ile yatib qalxandirlar.O da bos bir cefengiyatdir,Abbasov,Mutelibov,Iqtidarda olan Rusiya terefinden medallarla odulelenler,gozleyirler.Rehmetliy Heyder Eliyev nece iller SSRI-ye xidmet etdi,axirda dediler slavyan esilli olmalisan ki,SSRI-nin birinci adami olasan.Basi gora esen Cernenkonu,arvadi hesabina vezife tutan Qarbacov oldu.,

OQTAY 2018-04-01 23:05:16

Николай,**********,Almaniyanin son imperatoru Kaiser Wilhem,anasi ingiliz kralicasinin qizi olmasina baxmayaraq,butun milletlerin simvolnu qeyd edib,Turkler boz qurd,Ruslar qaban(швайн),Kanadalari ayi,ingilisi at,ozlerini yeni alman milletini leyapard,fransizlari tulku ve s.., O muduruk adam olub,rehmetliyin bu fikiri ile men tam raziyam.Men kohne bir ovcu kimi deyim,Qaban butun heyvanlardan dahada tehlukelidir,onun iki raketa kimi disi,qabaqindan tez kenara 1 metr qacmazsan,raketa dislerine tus gelersen..,

Memmed 2018-04-01 23:05:16

İndi xalq desteyi lazımdı oda çetin

oxucu 2018-04-01 23:05:16

Mənim əlimdən heç nə gəlmədiyi üçün Putini Allah tapşırıram.

Əliağa Lənkəranlı 2018-04-01 23:05:16

Bir vaxt İran mövqeli azərbaycanlıların bir qrupu mənimlə Qafqazinfoda yazılı mübahisəyə girişdilər. Yazdılar ki, İran çox güclü dövlətdir və ABŞ-ın İran körfəzində hərbi təlimlərini hətta bizlər də videoya çəkə bilirik. Yazdım ki, mən elə bildim ki, siz siyasətdən nə isə bilirsiniz, məlum oldu ki, siz tamamilə xəbərsizsiniz. ABŞ gəlib İran körfəzində hərbi təlim keçirir siz isə hətta kilp çəkə bilirsiniz və İranı güclü hesab edirsiniz. Bunu ruslara eyni ilə Krımı işğal edəndə də yazdım. Bütün bunlardan ABŞ və Qərb məharətlə istifadə etdi, “rus təhlükəsi” deyib (əslində isə Rusiyanı aldatdılar, Əfqanıstandakı kimi ) və gecə-gündüz hərbi Silahlarını Rusiyanın sərhədlərində( Pribaltikada, Polşada və.s Avropa ölkələrində) yetərincə yerləşdirdilər. Yazdım ki, NATO heç 50-100 ilə belə bu yerlərə gələ bilməzdi. Bəli, indi rus adi kamera ilə ABŞ Hərbi kontinentlərinin silahlarını klipə çəkə bilər. Yəni, mən Putini Rusiya tarixində ən zəif dövlət başçısı hesab edirəm..., həm də şübhə yaranır... Yəqin Rəsul bəy də nə isə bilr...

ilqar 2018-04-01 23:05:16

duz edir mutelibov neyi sev edib ki

********** 2018-04-01 23:05:16

Nəhayət yazırsız......”Ancaq Suriyadan fərqli olaraq, Azərbaycanın qonşuları İran və Türkiyənin reqionda öz maraqları var və bu, rusları açıq təcavüzdən saxlayan faktorlardır”..... başa düşmədim, Türkiyə Suriyanın qonşusu deyil, onun Suriyada öz maraqları yoxdur, yaxud İranın Suriyada maraqları yoxdur??? Bu dəqiqə İran ən fəal oyunçu deyil Suriyada??? Bütün bunlar mane oldu Rusiyaya??? Ayı ilə uzaqdan məsafə saxlamaq lazımdır ki, qaça biləsən, yaxın məsafədən qaçmağın xeyri yoxdur, heç nə xilas edə bilməz. Balanslaşdırılmış siyasət məhz uzaqdan məsafə saxlamağa yönəlib.

********* 2018-04-01 23:05:16

Sonra yazırsızki...”Mütəllibov tipli birisini hakimiyyətə gətirməyə cəhd edəcəkdir”.....ölkə rəhəbərinin fəaliyyətini ilk növbədə onun formalaşdırdığı komanda ilə qiymətləndirmək olar- ölkədəki vəziyyəti bu komanda vasitəsilə reallaşdırılan siyasət müəyyənləşdirir. Gəlin yadımıza salaq Ayaz müəllimin komandasını – ölkənin siyasi rəhbərliyində ən uğurlu komandalardan biri idi. Indi gəlin bütün bu illər ərzində sizin ətrafınızda olanlara baxaq və bir balaca düşünək ki, birdən, dünya dəyişsə, siz hakimiyyətə gəlsəz siyasi hakimiyyətdə hansı komanda formalaşacaq- müqaisə etmək mümkün deyil. O səbəbdən siz indi orada, Ayaz müəllim isə buradadır.

************* 2018-04-01 23:05:16

Yazırsız.....“Heç bir ağlı başında olan insan ərazisinin 90 faizinin 100 illərlə boş qalacağını bilə-bilə kiçik əraziləri işğal etməklə, ölkəsini bu səviyyədə izolyasiyaya salmazdı”.......siyasətdə mövqe, prinsiplər, hədəflər və ən nəhayət aparılan siyasətin sifəti (ləyaqəti) var, ən azından olmalıdır. 1939-cu ildə Hitler Sudet almanlarını bəhanə gətirərək çexləri mümkün olan bütün güzəştlərə vadar etdi, o vaxta qədərki artıq siyasi ləyaqət tapdanmırdı. Yalnız bu qırmızı xətdən sonra Hitler Almaniyası ilə Çexoslovakiya arasında müharibə başlandı. Ölkə siyasətinin sifəti (ləyaqəti) yoxdursa deməli bu ölkə ilə bu mövqedən də rəftar edəcəklər. Rusiyanın 90 faiz ərazinin boş və ya dolu olmasının heç bir əhəmiyyəti yoxdur, prinsipial suallar var ki, onlardan bir addım da geri çəkilmək olmaz. Hazırda Qərb və Rusiya arasında aparılan balanslaşdırılmış siyasət, əgər təbii ki, boğulan Rusiya təzyiqləri artırmazsa, ideal siyasətdir.

Arif Əliyev1959 2018-04-01 23:05:16

Bu ölkəmizin idarə edilməsində ikici adam olub nə qədər .... talışlada ləzgilərdə türklərin ayrılmaz tərkib dilləridir sənin bədbəxçiliyin etnosların dillərinin kökünü bilməməkdədir həmin köklər türk kökləriylə eynidir kim istəyirsə mən ona subut edərəm ...

Николай 2018-04-01 23:05:16

Nə qədər qəribə olsa da Rəsul Quliyev bu dəfə düz deyir.Tezliklə Putin baltikyanı respublikaları, İlin sonuna qədər Putin Azərbaycan, Gürcüstan və Ermənistanı işğal edəcək.Rusiyanın itirəcəyi bir şey qalmayıb.Azərbaycan ayıdan qaçmaq əvəzinə ayının qucağına qaçmaqla özünü bu günə saldı.

OQTAY 2018-04-01 23:05:16

Resul muellim,Putin haqda neinki,Biz Turkler,ingilis,alman ve dunyada yasayan milletler,Sizin analizini yaxsi bilir ve 100% razlasirlar,tekce dqadan ve nikaraqulalardan basqa, bilmirler!!!Qaldi yoldas Mutelibova,onun yerine olsam,gedib Derbendin icra bascisi olaram,vaxt gelecek,o torpaqlarmizda, serhedimizin icinde olacaq!!!

-- 2018-04-01 23:05:16

Düşünürəm, bu adam nə dediyini anlayır.

Вугар 2018-04-01 23:05:16

Я все время читаю то, что этот человек пишет. Он не делает никаких прогнозов, никаких аналитических выкладок нету, он просто чревовещает. Ни капли сомнений у него нет по поводу своих умозаключений. Надо же договориться до того, чтобы Путина психически больным назвать. Его утвердительные нарциссизкие перлы примерно схожи с гаданием на картах Елены Станиславовны из "12 стульев". Тот же стиль.

Əliağa Lənkəranlı 2018-04-01 23:05:16

********* (Ulduzlar), unutma ki, həm Türkiyə, həm İran region dövlətləridirlər və burda ciddi maraqları vardır. Belə ki, Suriyanın parçalanması və məlum Kürd dövlətinin (bu daha çox regiona aid olmayan dövlətlərin istəyidir) yaradılması həm İran, həm Türkiyə və regionun digər ölkələrin əraziləri üçün üçün təhlükəlidir. Rəsul bəy, AXC-nin aparıcı qanadı onun Lənkəran şöbəsi idi. Azərbaycanın Müstəqilliyinin pərpa olunmasında AXC-nin Lənkəran şöbəsi MAYAK idi. Ərazi bütövlüyümüzün təmin olunması üçün son damla qanımıza qədər döyüşməyə həmişə hazırıq. Siyasət idrəetmə deməkdir və çox ciddilik tələb edir...

Bashirov Qarib 2018-04-01 23:05:16

Rəsul bəy ya əvvəldən bu qədər bəsit və savadsiz olub,insanlar başa duşmeyib, ya da guya,hazirkı iqtidarla Putinin arasında hansısa fikirayrıliginin olmasını dilə gətirməklə nə isə məqsəd gudur. Bəs, verilən medallar,aşiq-açıgına təlimatlar,dəstəkləmələr,böyuk-böyuk hədiyyələr Putinlə prezidentimizin dostlugundan xəbər vermirmi Putin uçun Azərbaycanda ən gozəl iqtidar formalaşmayıbmı.Əgər sən bunları görmursənsə, deməli sənin siyasətlə xufizlə.mək vaxtindır.

Hidayat 2018-04-01 23:05:16

Resul Quliyev niye hebs olunmalidir ?Hal-hazirda iqtidarin 95%-i cinayetkar korrupsioner ve olkede cezasizliqi ört-basdir eden memurlar tutulmalidir.

Mehdi 2018-04-01 23:05:16

Yene Resul muellim falciliq etmek isteyir deyesen.Heyle gelecekleri gore bilirsense bir ozunude gor bilek ne vaxt Azerbaycana geleceksen.Amma men deyim.Bele getse hec vaxt.Cunki tutulmaqdan hebs olunmaqdan cox cox qorxursan.Hele men bu qeder hebsden qorxan ikinci bir adam gormemisem.

Mehdi 2018-04-01 23:05:16

Bilirsiniz Resul muellim pis adam deyil.Amma onda cox boyuk eqoilzm xesteliyi gorunur.Bu xestelikde ki,omur boyu davam edir.Ondan xilas olmaq mumkun deyil.Eqoilzm xesteluyini bilmeyenler interneti acsin oxusun orda var.Yani men hec kimi beyenmirem meni hami beyenmelidi.Yaxud nen her seyi bilirem menden basqa hec kim hec ne bilmir ve ilaxir ve ilaxir.Sebeb coxdu.

SUAL 2018-04-01 23:05:16

RƏSUL BAYRAM OĞLU. SİZ NECƏ OZUNUZU AÖİLLİ VƏ YA AZƏRBAYCANA RƏHBƏR HESAB EDİRSİNİZMİ? EDİRSİNİZSƏ BƏS ONDA AMERİKADA NİYƏ OTURMUSUZ, GƏLİN QARABAĞİ BİRLİKDƏ AZAD EDƏK DƏ? YOXSA AMERİKADA SİYASƏTİN OLKƏMİZ UZRƏ APARİLMASİNİ SİZƏ TAPSİRİBLAR. COXLARİ AXİ SİZƏ BİR MEDALİN İKİ UZU DEMİRMİ?

Arif Əliyev59 2018-04-01 23:05:16

Artıq Azərbaycan xalqını heç bir quvvə aldada bilməz bizi irana qarşı qoymaq üçün gah saxta millətçilikdən gah dini cəryanlardan istifadə etdilər amma heçnə alınmadı indidə rusyaya qarşı yönəltmək istəyirlər ona görədə nökərləri rəsulu işə salıblar birdaha deyirəm ölkəmizdə müsalman etnosların kökənliyi türk kökənliyindəndir və bu kimi murdar siyasətdən heç kim öz xeyrinə heçnə əldə edə bilməz rəsul başqa bir mövzü ortaya at artıq bu mövzünü səhnəyə qoyublar özünü subut etməyib.

Arif Əliyev1959 2018-04-01 23:05:16

Bizləri erməni dığalarıyla savaşdıranlardan başlıcası sənin qul olduğun qərb deyildimi SSSR-ni dağıtmaq üçün bizim torpaqları ermənilərə işğal elətdilər indi biz bunu açıq aydın Ukraynada gördük Rəsul bəy təkraran bizi ruslarla iranlılarla qarşı -qarşıya qoymaq mümkün deyil çünki ölkənin xarici siyasəti etibarlı əllərdədir qaldı Mtəllibovdan yazmağına Mütəlibovunda Vəzirovunda ən böyük səhfi vaxtıda ulu öndərimiz Heydər Əliyevə müraciyyət etmədilər əksinə hər şeydə onu günahlandırdılar.

Son yazılar