"Ronaldo ilə qarşılaşacağımı düşünəndə yuxum qaçır" - Buffon

“Heç şübhəsiz, biz “Real”la oyunu düşünürük. Güclü komandalara qarşı oynayanda müəyyən çətinliklər olur. Tarixdə bunun nümunələri var”.

Qol.az-ın məlumatına görə, bu sözləri İtaliya mətbuatına açıqlamasında “Yuventus”un qapıçısı Canluici Buffon deyib. Təcrübəli qolkiper Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la keçirəcəkləri oyunlar haqda fikirlərini açıqlayıb:

"Real"ın heyətində qeyri-adi futbolçular var. Ancaq bilirik ki, ikioyunlu qarşılaşmalarda heç də həmişə güclülər mərhələ adlamır. Əgər bu matçlarda uğur qazana bilsək, bu, sadəcə, möhtəşəm olacaq. “Real”a qarşı oynayırsansa, bir futbolçu görüşün taleyini həll edə bilməz. Ronaldo ilə qarşılaşacağımı düşünəndə yuxum qaçır”.

Qeyd edək ki, “Yuventus”la “Real” arasındakı ilk oyun aprelin 3-də Turində keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar