Adil Əliyev Almaniyada azərbaycanlıları topladı - FOTO

Deputat Adil Aliyev Almaniyanın Köln şəhərində 31 Mart azərbaycanlıların soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirib.

BakuPost xəbər verir ki, tədbirə yüzlərlə azərbaycanlı qatılıb. A. Əliyevin sözlərinə görə, qatılanlar arasında Avropanın müxtəlif şəhərlərindən gəlmiş soydaşlarımız olub.

"Ən qürurverici o idi ki, bəzi soydaşlarımız tədbirə ailələri və kiçik uşaqları ilə təşrif buyurmuşdular. Elə Kölndəki tədbiri keçirməkdə əsas məqsədlərimdən biri də bu idi ki, soydaşlarımızı bir araya gətirim, bir-birlərini görsünlər, əlaqəni itirməsinlər. Tədbirimizdə Avropada yaşayan Türkiyə vətəndaşları, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri, elm adamları, hətta xarici ölkə vətəndaşları da iştirak edirdi. Bir daha tərbirə gəldiklərinə görə hamıya minnətdarlığımı bildirirəm”, - deyə deputat bildirib.

O, çıxışında Azərbaycanın keçdiyi tarixi yola nəzər salıb, 100 illiyini bu gün qeyd etdiyimiz mart və Xocalı soyqırmından, ermənilərin bizə xəyanətindən, başda Məhəmmədəmin Rəsulzadə olmaqla Cümhuriyyətin qurucularından və onların keçdiyi ağır yoldan danışıb: "Aydındır ki, dövlətimizin və prezident İlham Əliyevin qazandığı bugünkü uğurlardan, siyasi sabitlikdən, aparılan islahatlardan, böyük layihələrdən və bunların Azərbaycana verdiyi və verəcəyi faydadan da danışdım”.

Adil Əliyev daha bir məqama toxunub. O bildirib ki, söyüşcül təxribatçı qrup həmin tədbirdə də peyda olub, hətta aralarından biri zala keçib toplantını pozmaq istəyib: "Söyüş söyən məlum təxribatçı qrup Kölndə də peyda oldu. Hətta içərlərindən biri zala keçib nitq söyləmək və toplantımızı pozmaq istəyirdi. Hər bir insanın fərqli fikrə mənsub ola biləcəyini ona deyərək kürsüdən nəzakətlə yola saldım. İndi söyüş söyən qrup yalandan yazır ki, guya həmin gəncimizə qarşı fiziki təzyiq olub. Yalandır, onun sadəcə nə məqsədlə söz aldığını müəyyənləşdirdikdən sonra zaldan uzaqlaşdırdıq. Bu belə də olmalıdır, Avropada da belədir. Bu bizim – dövləti, milləti və prezidenti dəstəkləyənlərin tədbiridir. Elə gücünüz varsa siz də öz tədbirinizi keçirin, ancaq sizin buna nə potensialınız var, nə də mənəvi əxlaqınız, söyüş söyməkdən başqa heç nə bacarmırsınız. Elə sizi də söyüş söyməyinizə görə tanıyıblar, bu "populyarlığınızı” söyüşlərinizi gücləndirməkdə, daha çox bağırmaqla davam edirsiniz”.

Millət vəkilinin sözlərinə görə, 15 nəfərlik qrup məkanın qarşısına gələrək, hamını təhqir etməyə başlayıb: "Məlum qrupun Kölndə təxribata əl ata biləcəyini proqnozlaşdırırdım. Ancaq biz təxribata uymadıq. Deməli, toplantını keçirdiyimiz məkanın qarşısına təxminən 15 nəfərlik söyüş qrupu yığışaraq hamını təhqir etməyə başladı. Tədbirimizi pozmaq istəyənlər bunlar, ancaq elə ilk cümlələri bu oldu: "Bizə qarşı təxribat hazırlayıblar”. Başqa sözlə, qara məni basınca mən qaranı basım. Onlar çölə çıxan və onların söyüşlərinə etiraz edən toplantı iştirakçılarını təxribata çəkmək istəyirdilər, alınmadı. Onsuz da söyüşlə özünüzü tanıtmısınız, söyüşlərinizin qarşılığında sizə əl qaldırıb bir az daha sizi tanıtdırmaq istəmirik. Halbuki sizin planınız toplantı salonu qarşısında təfriqə yaradıb küçədə döyülmək və barbar bağırmaq idi. Sizə bu bəhanəni vermədik. Həmin söyüş qrupunun məlum iki üzvündən biri hər cümləsində bağırırdı ki, toplantı salonunun icarəsinə 80 min avro (?!) xərcləmişik. Ay bədbəxtlər, 80 min avroya Kölnün bütün otelllərindəki salonları eyni zamanda icarəyə götürmək olardı, hələ "həmin” puldan artıq da qalardı. Elə burdan elan edirəm: həmin toplantı salonunun 3 saatlıq icarəsinə cəmi 1400 avro pul xərclənib, yaxından və uzaqdan gələn qonaqlara süfrə açmağa da vəsaitimiz yox idi deyə ancaq çay və kofe ilə kifayətləndik”.

Deputat vurğulayıb ki, bu tədbirlə iki vacib nəticəyə hasil olunub: "Birinci nəticə: Avropada yaşayan soydaşlarımızın əksəriyyəti dövlətin, millətin yanındadır, prezidentin siyasətini dəstəkləyir. Yəni bəzən yalan informasiyalar yayılır ki, guya Avropaya gedənlərin əksəriyyəti siyasi mühacirdir, qatı müxalifətçidirlər. Mühacirətin müxtəlif səbəbləri var. Avropadakı soydaşlarımızın mütləq əksəriyyəti Azərbaycandakı sabitliyi dəstəkləyir. Bunu Kölndəki toplantımız da göstərdi. Bu fərqi küçədə bağıran söyüş qrupu da gördü və hətta qışqırırdılar ki, Avropada yaşadığınız halda niyə prezidentə qarşı çıxmırsınız. Onlar bunu anlamazlar. Bayırda söyüş söyənlər uzaqbaşı 15 nəfər idi, toplantı salonumuzda isə 300-ə yaxın soydaşımız iştirak edirdi.

İkinci nəticə: Soydaşlarımız bir neçə saatlığına da olsa bir araya gətirdik, tanımayanları tanışdırdıq, tanıyanlar isə fürsət tapıb bir neçə saatlıq da olsa bir-birlərini görüb hal-əhval tutdular. Xaricdə yaşayan soydaşlarımızı bir araya gətirməkdə məqsədlərimizdən biri də düşmənə xaricdə də müqavimətimizi artırmaqdır. Söyüş söyənlərin dərdi Azərbaycanda sabitliyi və milli birliyi pozmaqdırsa, bizim dərdimiz erməni separatizmi və erməni lobbisi ilə mübarizədə birliyimizi təmin etməkdir. Aramızdakı fərqlərdən biri də budur!”

635x100

Şərhlər

Akif 2018-04-01 20:09:27

Azərbaycanlıların 31 mart soyqərəmə günü Adil Əliyev Almaniyada hökumeti təbliğ etmək üçün özü ilə Bakıdan idmançıları apararaq guya görüş keçirib. Amma, Adilin şəxsində bu cəhdi tam iflasa uğradı,Almaniyada olan mühacirlər tədbirin effektini heç etdilər

Arif 2018-04-01 20:09:27

youtube.com-a girin , görüşdə nə baş verib orda var.

NURəddin 2018-04-01 20:09:27

MİLLƏTİMİZİN MÜASİR MİXAYLPLARI YARANIB.MƏN PROSESİ İNTARNETDƏN CANLI İZLƏYİRDİM. GÖRÜNƏN O İDİ Kİ,SOYQIRIM ADI ALTINDA KEÇİRİLƏN "ƏMƏLİYYATA" NƏ ÜÇÜNSƏ XÜSUSİ HAZIRLIQLI İDMANÇILAR CƏLB ETMİŞDİLƏR. ALMAN POLİSİ BUNU HİSS EDƏN KİMİ MÜXALİFƏTÇİLƏRİN MÜDAFİƏSİNƏ QALXDI VƏ QARŞILARINDA CANLI SƏDD QURDU.ZALA MÜƏMMALI ŞƏKİLDƏ DAXİL OLA BİLƏN MÜXALİFƏTÇİ MİXAYLO TƏXƏLLÜSLÜ ADAM TRİBUNADA PEYDA OLDU VƏ TƏDBİR İŞTİRAKÇILARININ YEDİYİNİ-İÇDİYİNİ BURUNLARINADN GƏTİRDİ. ƏŞŞİ NƏ QƏDƏR GÜLMÜŞƏM. ALLAH SİZİ DƏ GÜLDÜRSÜN.

ejder 2018-04-01 20:09:27

malades...yaxwi naqildi.

matin 2018-04-01 20:09:27

Adil Əliyev Almaniyaya bir qrup idmançı-konamdosla gedibmiş. Get o komandosla işğal olunmuş torpaqlarımızı al. ... Görürsünüz 10-15 gəncin əlində necə aciz qalmısınız.... Təxribata gəlincə, sosial şəbəkələrdə yayılan görüntülər sübut edir ki, kim kimi təxribata çəkir.......Bəlkə o qoluzorlular sizi hər yerdə müşayiət edir. ....

miri 2018-04-01 20:09:27

Yaxşıki, bu internet var. Yoxsa çox adam nağıl danışmaqla qəhrəmanlıq medalları alardı.Hətta idarə olunan tədbir belə məmləkət reallıqlarına işıq sala bildi.Haqq nazirlər,uzulməz!

Nazim 2018-04-01 20:09:27

...talanmış pulları, biznesləri,obyektləri uğrunda artıq acınacaqlı mübarizəyə başlayıblar. Deyəsən məmurların rüşvətinin, talanın, rügionçuluğunun, israfçılığının, özbaşınalığının sonu çatacaq. Dünyada baş verənlər məmurların yuxusunu qaçırıb.Ancaq acgöz talançılar bilməlidirlər ki Heç nə əbədi deyil.Hər şeyin,hətda siyasi deyil, təbii proseslərin də sonu olur. Məmurlar bilirlər ki vəzifələri əldən getsə çətin olacaq. Çünki talanda rüşvətdə korrupsiyada və başqa qrexləri çoxdur.

Fikrət 2018-04-01 20:09:27

Necə olur? Almaniyada söyüş,Fransada söyüş,Rusiyada söyüş! Bir düşünən yoxdurmu, bu niyə belə olur? Bir çevrilib özünüzə də baxın,cənablar!

alı 2018-04-01 20:09:27

Qoldan güclu agıldan zəif 10-15 nəfərlə bu ölkənin problemlərini həll etməyəmi düşünürsünüz.Belə toplantıları ölkənin içində niyə keçirmirsiniz.Hanı YAP-ın 700000-lik ordusu.700-nəfərin bir yerə yıga bilmirik.Əks tərəfdən sərt təpki gələn kimi 5-10 nəfərdən başqa bütün Prezident sevərlər yoxa çıxıb.Yaltaqları irəli çıxardıniz, onlardansa heç vaxt arxa olmaz.Alın payınizı.Gəmi batanda siçovullar 1-ci gəmini tərk edir.Sizler nə dövlətinin, nə Prezidentinin deyil öz canınin hayındasan....

arif 2018-04-01 20:09:27

nə baş verib ki

Son yazılar