"Nurçu" rektor bağlanan məktəblərdən danışdı - "Yel qayadan nə apara bilər ki?"

“Problemi bizdə deyil, başqa yerdə axtarın”

“Ötən il 802 plan yerimiz vardı. Bu il plan yerimiz 930 olub. Bu, TQDK tərəfındən elan edilib. Plan yerimiz dolacaq. Nə dəyişdi ki?” Bunu Qafqaz Universitetinin rektoru Əhməd Saniç “Araz” kursları və türk liseylərinin bağlanmasından sonra sözügedən ali məktəbi seçəcək tələbələrin sayının azalacağı barədə ehtimallara münasibət bildirərkən deyib.

İnterpress.az-a açıqlamasında Ə.Saniç Qafqaz Universitetinin prestijli ali təhsil ocağı olduğunu vurğulayıb: “Məzunlarımız universiteti başa vurmadan iş tapır. İnsanlar fikirləşdikcə daha doğru düşünməyə başlayacaqlar. Gənclərimiz 50 illik gələcəklərini maraqlandıran bir qərar verəcəklər. Onlar ailələrinin ən qiymətli sərvətidir. Yel qayadan nə apara bilər ki?”

Araz kursları və türk liseylərinin bağlanmasının tələbələrin sayına təsir etməyəcəyini deyən Ə.Saniç “Bizim ən önəmli reklamımız məzunlarımızın bugünkü durumudur” deyə vurğulayıb. Rektor Araz kursları və türk liseylərinin bağlanmasından təəssüfləndiyini də bildirib: “Bu, bizim istəmədiyimiz bir haldır. Ancaq qəbulun kiçik bir hissəsini təşkil edirdi. Qafqaz Universiteti bütün Azərbaycan üçündür. Valideynlər və abituriyentlər hər şeyin fərqindədirlər”.

Nurçularla bağlı yaranmış vəziyyətdən sonra universiteti bitirən məzunların işlə təminində problem yaranması ehtimalına isə rektor “ problemi bizdə yox, başqa yerdə arayın” deyə münasibət açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar