Ermənistan Rusiyadan daha 100 milyon dollarlıq silah alır

Rusiya bu il Ermənistana yeni müqavilə əsasında silahlar verməyə başlayacaq.

Silahları əldə etmək üçün Ermənistan Rusiyadan 100 milyon dollar kredit götürəcək. Kredit ona 3 faizlə veriləcək.

Bu haqda jurnalistlərə ArmHiTech-2018 sərgisində Rusiyanın Hərbi-Texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Vladimir Drojjov bildirib.

Ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyan Rusiyadan 15 illiyinə 100 milyon dollarlıq müdafiə təyinatlı kreditin alınması haqda razılaşmaya dair qanun layihəsini imzalayıb.

Bundan əvvəl – 2015-ci ildə Ermənistan Rusiyadan 200 milyon dollarlıq kredit almışdı.

Həmin kreditlə Ermənistana müasir silahlar verilmişdi.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan son illər bildirib ki, Rusiyadan “strateji önləmə” silahları” almağa çalışırlar.

İki il əvvəl Ermənistan Rusiyadan “İskander” raketləri aldığını bildirdi.

Erməni politoloqlar isə bu silahla Azərbaycanın istənilən nöqtəsini vurmağın mümkünlüyü barədə danışmağa başladılar.

Son illər Azərbaycan tərəfi də 300 kilometrə qədər hədəfləri vura bilən silahlarla maraqlanır.

Mətbuat yazır ki, Azərbaycan belə silahları Pakistan və ya Belarusdan əldə edə bilər.

Azadlıq Radiosu

635x100

Şərhlər

t.ədalət 2018-04-01 23:35:07

Rusiyanı sevənlər və rus dilində danışanlar buyursun,görək, ermənini ardıcıl olaraq,almağa pulu olmasa belə silahla təmin edən kimdir?Bu silahların hesabına biz dağlıq Qarabağda çox böyük itkilər vermişik və veririk.Məmurların və deputatların uşaqları cəbhə xəttində xidmət etməsə də,axı,kasıbların balalarını bu silahlarla qətl edirlər.Rusiya,artıq açıq-açığına bu müharibəni alovlandırır.Biz dünyanı köməyə çağırmasaq,sussaq hamımız məhv olacağıq.

Son yazılar