QAÇQIN - MƏCBURİ KÖÇKÜN KORRUPSİYASI - Tender oyunları 

Azərbaycanda tenderlərin necə keçirildiyi hər kəsə məlumdur. Tenderlər məmurlar üçün dövlət büdçəsini talamağın əsas yolu olaraq qalır. Qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət proqramlarının icrası ilə bağlı tenderlərdə də nə yazıq ki, böyük korrupsiyaya yol verilir. Bu haqda meydan tv-nin hazırladığı yazını qısa ixtisarla təqdim edirik.

Yazıda əvvəlcə Ağdamın Bənövşələr, Dördyo qəsəbələrində məcburi köçkünlərin bir çoxunun uçmaq təhlükəsi olan evlərdə yaşadığı qeyd olunur. Konkret şəxslərin şikayətlərinə yer verilir: "Sakinlər deyir ki, divarlarda elə çatlar əmələ gəlir ki, evin içindən çöl görünür. Qəsəbələrdə evlərin təmir səviyyəsi aşağı keyfiyyətdə olmaqla yanaşı, mənzillərə heç bir mərkəzləşdirilmiş istilik sistemi də çəkilməyib.

Ağdam rayonu cəbhə bölgəsi sayılır və ərazisinin bir hissəsi Ermənistanın işğalı altındadır. Rayonun Azərbaycan hissəsində məcburi köçkünlər üçün bir neçə qəsəbə salınıb. Burada yerləşdirilən məcburi köçkünlər 2005-ci ilə qədər Bərdə və Yevlaxda çadır şəhərciklərində yaşayıblar".

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,2 milyard manat ayrılıb

Sonra tenderin necə keçirildiyindən, tenderlərin kimlərə verildiyindən bəhs olunur: "Tender hesabatlarında şəhərciklərin tikintisində iştirak edən şirkətlərdən biri “Şəms-95”-dir. Rəsmi məlumatlarda Ağdam rayonunda sifarişçi təşkilat olaraq Məcburi Sosial İnkişaf Fondunun 2017-ci il tenderlərində “Şəms-95”-lə yanaşı, “Azəraqrartikinti” ATSC, “Alibəyli” MMC, “Xumar-98” şirkətlərinin də adları 

“Şəms-95” şirkəti 1995-ci il fevralın 17-də qeydiyyata alınıb. Şirkətin təsisçisi və baş direktoru Qasım Qasımov Məmməd oğludur. O, Ağdam icra başçısının keçmiş müavini, Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri Lütfi Qasımovun qardaşıdır. Bu şirkətə məcburi köçkünlər üçün yaşayış massivi ilə yanaşı, Heydər Əliyev Fondunun 

Məcburi köçkünlərin sayı çox göstərilərək, büdcə vəsaitləri mənimsənilib 

Hazırda məcburi köçkünlərin dəqiq sayı ilə bağlı dolğun rəqəm verilmir. “Qaçqınkom”un sədri Əli Həsənovun son açıqlamasında məcburi köçkünlərin sayının 636 min olduğu göstərilir. Hesablama Palatasının 2016-ci il hesabatlarında isə qeyd edilir ki, müavinət alanların sayı 540 mindir.

Buradan belə çıxır ki, ya hər kəs müavinətlə əhatə olunmur, ya da “Qaçqınkom” göstərdiyi rəqəmlər doğru deyil. Belə bir halı Hesablama Palatası müxtəlif illərdə apardığı yoxlamalarda aşkar etmişdi.

“Bir sıra istehlakçıların dəqiq siyahıları və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləği düzgün hesablanmayıb. Kommunal xidmətlərin ödənişi zamanı bəzi rayonlar üzrə məcburi köçkünlərin dislokasiya sayı artıq göstərilib. Bəzilərinin adı, hətta, bir neçə ərazi üzrə qeydiyyatda göstərilib”, deyə Hesablama Palatasının 2012-ci il hesabatında qeyd edilir.

“Yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin sayının dəqiq aparılmaması nəticəsində dövlət büdcəsindən kommunal təşkilatlara 22 hal üzrə artıq vəsait ödənilib”, – 2012-ci ilin hesabatında göstərilir.

Tikintiyə 2,3 milyard ayrılıb, ancaq ...

Xərcin 2,3 milyardı sırf tikinti işlərinə sərf olunub. Təəssüf ki, tender məlumatlarında ifact.ge bu sektora aid dövlət sifarişlərinin ictimaiyyətə açıq olan yalnız 122 milyon manatlıq məbləği tapa 

Hesablama Palatası 2015-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun məcburi köçkünlər üçün tikdiyi qəsəbələrlə bağlı nöqsanlar aşkar etmişdi. Xüsusilə, tender qaydalarının əməl edilməməsi və obyektlərin təmiri zamanı podratçı şirkətlərə artıq vəsaitin ödənilməsi halları müəyyən edilmişdi. Dövlət Proqramında nəzərdə tutulan yaşayış qəsəbələrinin tikintisinin satın alınması üçün tender komissiyası 

Açıq tender məlumatlarına əsasən, “Group İnvestment” AS Tikinti MMC 1170 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan böyük tikinti layihəsində iştirak edib. Tərtər rayonunda 4.7 milyon manatlıq 36 mənzilli iki yaşayış binasının tikintisi sözügedən şirkətə həvalə edilib.

2009-ci ildən başlayaraq şirkət, mütəmadi olaraq Məcbur Köçkünlərin Sosial İnkişaf Fondundan layihələr alır. Şirkətin saytında Mingəçevir, Goranboy, Yexlax, Bakının Qaradağ rayonu, Qəbələnin Zarağan bələdiyyəsi ərazisində, Şəki rayonunda, İmişli, Gəncə, Bakının Müşfiqabad qəsəbəsində, Abşeronun Masazır qəsəbəsində məcburi köçkünlər üçün yaşayış evlərinin tikintisində iştirak edib. Təqribən salınan 97 qəsəbənin 10-nu bu şirkətə həvalə olunub.

Əli Həsənovun neçə vəzifəsi var?

“Qaçqınkom” göndərilən sorğumuza verdiyi cavabda tikilən qəsəbələrin sayının 97-yə çatdığını qeyd edib. Qaçqın və məcburi köçkünlər üçün indiyədək ümumilikdə 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.1998-ci ildən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Əli Həsənov rəhbərlik edir. Ə.Həsənov eyni zamanda Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri vəzifələrini də icra edir.

Ə.Həsənov həmçinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının sədridir. Məcburi köçkünlərə ayrılan sosial xərclərlə, humanitar yardımlarla paralel, Fondun iri tikinti layihələrinə nəzarət də Həsənovun rəhbərliyi altındadır.

Əli Həsənovun icra başçısı qardaşı və 16 tenderin qalibi 

Ə.Həsənovun qardaşı Ramiz Həsənov Zəngilan Rayon İcra Hakimiyyətinin başçısıdır. “Qaçqınkom”-a ayrılan vəsaitlərdən əlavə, dövlət büdcəsindən işğalda olan 10 rayonun icra hakimiyyətlərinin saxlanılması üçün də vəsait ayrılır.

Bu rayonların icra aparatlarına ayrılan vəsaitlər, onların xərcləri dövlət büdcəsində yerli xərclər siyahısına daxil edilir. Zəngilan da həmin rayonlardan biri olmaqla, yerli əhalinin sayı 42, 700 nəfərə çatır (1993-cü ildə 39 min insan rayonu tərk etməli 

X.Əliyevin üç övladı var. Həyat yoldaşı məcbur köçkün olmadığı üçün övladlarına məcburi köçkünlər üçün nəzərdə tutulan müavinət verilmir. Ailə ünvanlı sosial yardım da düzəldə bilmir. Yalnız ailə başçısı 20 manat müavinət alır: "Uşaqların hamısı xəstəlik tapıb, tez-tez zəhərlənirlər. Zavod işləyən saatlarda uşaqları götürüb burdan bir neçə saatlığa uzaqlaşırıq. Dəfələrlə “Qaçqınkom”-a şikayət etmişik, baxan yoxdur”.

Məcburi köçkünlərə hər il köçürüləcəklərinə dair söz verilsə də, hələ ki, bu reallaşmayıb.

Eyni zavodda yaşayan Füzuli rayonundan olan digər bir məcburi köçkün, 29 yaşlı Xətai Əliyev isə burada ağır xəstəliklə mübarizə aparır. X.Əliyevin ayaqları şişib, yeriməkdə çətinlik çəkir: “Səhiyyənin pulsuz olduğu deyilsə də, bunu heç kim qəbul etmir. Xəstəxanada yatmaq üçün isə pulum yoxdur. Bu şəraitdə adam yaşayar?

İllüzor layihələr

iFact.ge adı sıyahıda olan, lakin xərci göstərilməyən iki şəhərcik aşkarlayıb. Bunlar, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yan-yana salınan “Binəqədi Gənclər” və “Qarant” şəhərcikləridir. Bu iki şəhərciyə 2012-ci ildən əhali hissə-hissə binalar hazır olduqca köçürülməyə başlanılıb və proses indiyədək də davam etməkdədir. Belə böyük bir şəhərcik salınandan və əhali köçürüləndən sonra məlum olub ki, ərazidə nə məktəb var, nə səhiyyə ocağı, nə də iaşə obyekti.

“Qarant” şəhərciyində yerləşən məktəb direktorlarından biri təqribən belə vəziyyətdə 8 məktəbin olduğunu və 1400-ə yaxın şagirdin orada təhsil aldığını söylədi.

Ərazidə binaların zirzəmiləri və birinci mərtəbələrindəki mənzilləri sonrada məktəb üçün ayırıblar.Ərazidə binaların zirzəmiləri və birinci mərtəbələrindəki mənzilləri sonrada məktəb üçün ayırıblar..

Deputatın qardaşı da şəhərçik tikir, ancaq...

Nəhayət, 7 ildən sonra ərazidə 1200 şagirdin təhsil ala biləcəyi məktəbin 2018-ci ildə istismara veriləcəyi gözlənilir. Hər hansı bir tibbi məntəqənin, xəstəxananın, uşaq bağçasının tikiləcəyi hələ ki, planlaşdırılmır. Şəhərciyin sakini və məcburi köçkün Zakir Həsənov, Bakıdan Mehdiabada gəlmək üçün avtomobil yolunun belə salınmadığını söylədi: “Yağış yağanda yollarda qalırıq. Normal bir yol belə çəkilməyib. Yağışlı havalarda təcili tibbi yardım çağıranda bura gələ bilmir. Xəstəxanası, poliklikinası, uşaq bağçası yoxdur. 3 ildir bura köçmüşük, artıq binanın üzü sökülüb-tökülür”.

Şəhərciklərin inşası “Dərhal” MMC və “Gulf Group”-a həvalə edilmişdi. “Dərhal” MMC deputat Rəfail Cəbrayılovun qardaşı Elşən Cəbrayılova məxsudur.

Məcburi köçkünlərin bir çoxu bağça, məktəb, yarıtikili binalarda yaşamalarına baxmayaraq, iş yerləri ilə əlaqədar yolun uzaqlığını, mənzillərin keyfiyyətsizliyini, xüsusilə birinci mərtəbədə yerləşən mənzillərin zirzəmiyə düşməsini əsas gətirərək köçmək istəməyiblər.

Dövlət agentliyi “Azərtac” buraya 2181 məcburi köçkün ailəsi yerləşdirilməsindən və eyni zamanda 8 orta məktəbdən də söhbət açır. Lakin sözügedən ərazidə heç bir məktəb tikilməyib."

635x100

Şərhlər

Qorxmayan sözü düz deyən 2018-04-02 12:13:02

Qaçqınların yemək xərci kartına evin pulun hesablayın vurun onlar özləri alsın evlərin hərə bir dəfə o pulu karta yarısın vurur bir ay düz yemək xərci pulu vururlar bir ay yarısın icra hakimiyyətləri kəsib yeyirlər. Bədbəxt qaçqınlar elə ha deyirlər ev verirlər hələdə o natəmiz yerlərdə qırılıb gedirlər onlar qaçqınlara o vaxt ev verəcəklər ki o vaxt onlardan qalan olmayacaq

Əski Qarabağlı 2018-04-02 12:13:02

Bu obyektdə KONYUKTURA vacibdir. Qarabağdan-ata yurdundan qovulmuşlara uzaqlarda ev yeri seçməkdə hansı amillər əsas tutulub?

Qulam Huseyin 2018-04-02 12:13:02

Biyabirchiliqdi.....ele ondansa 3 milyard ayirib amerikan herbi kompaniyalarin (mes. BlackWater) biri ile muqavile imzalansa idi choxdan torpaqlari alib camaati evine gondermishdiler.....

Qaşqın Ferman 2018-04-02 12:13:02

SSRİ-ni d.ideologiyası idarə edəndən dağılmağa başladı. Azərbaycan da "müstəqil olmaz"dan İri vəzifəlilərə yaxınlar, uzaq əcnəbi dillə ona sahibliyə başlayıblar. Varidatı sərvət verəndən sonra siyasi yorum-yozuma nə var ki? H.Əliyev: "Qaşqınlar münaqişə zolağından ən uzağı 20 km məsafədə məskunlaşdırılsın." Müasir lahyə: Qaşqın şəhərcikləri Bakıda salınsın!. Bu dünyəvi lahyənin müəllifləri bununla nə etmək istəyirlər?

Analitik 2018-04-02 12:13:02

Umumiyyetle bu "qacqinkom" neye lazimdir axi?! Xusisile de, uzun illerin bele nadan fealiyyetile... Bu məmurlar hech istemezde ki, torpaqlar geri alinsin ve mecburi kockunler oz yerlerine kocsunler! Bu qurum ozu "Qarabag" meselesine de, ichinden boyuk bir engeldi.. Onun strukturu, mexanizmi hech evvelden saglam qurulmayib ve uzun illerdi ki duzelish eden de yoxdu! O zamanin muveqqeti ve artiq choxdan kohnelmish bir "tustusu"du.. Bunun evezine (beynelxalq humanitar teshkilatlarla) tam ferqli sistem olmalidir.

R-n 2018-04-02 12:13:02

Erdogan Afrinden gabag Azerbaycana baxsaydı,ne desen tapardi.En esasi mənşəyi nsaməlum bəzi məmur bandasinin azeri turklerini nece rezil etdiyini gorerdi....elələri 3000 m maash aldigi halda,azeri turku yemeye corek tapmir.Olkeye gah ingilislər, gah da fransızlar milyardlar atir. ....məmurlar soyur,talayir olkeni..................

Taleh 2018-04-02 12:13:02

Talançı məmurlar bizim var dövlətimizi,milli sərvətimizi oğurlamaqda davam edirlər.

Hüsü 2018-04-02 12:13:02

Bunun milliyəti kimdir? Haralıdır? Bu qədər zırıltılardan sonra onu işdə saxlayırlar. Özü də qocalıb yenə də ona toxunan yoxdur. .... Cavan kadrlar işsiz gücsüz qalıb belə iş enerjisini itirmiş qocaları saxlayırlar. Niyə? Bax səbəb nədir?

Vahid 2018-04-02 12:13:02

Nəzarətsiz ölkədə belə də olmalıdır.Bütün postlar qohum-qardaş,quda, tərəfindən işğal olunduğundan kim kimə nəzarət edəçək? Yazıq azərbaycanlı millət! Gör səni kimlər və necə idarə edir.Allah götürməsin.

turan 2018-04-02 12:13:02

Maraqlıdır tenderlər ancaq yüksək vəzifəli məmurların özlərinə və ya qardaşlarına aid şirkətlər tərəfindən udulur. Bəs azərbaycanda heç iş adamı yoxdur bəyəm ..Yazıq büdcə..

********** 2018-04-02 12:13:02

Maraqlı olan bir sual da var, bir həftədən sonra 70 illik yubiley necə keçiriləcək, dövlət səviyyəsində hansısa xidmətləri qeyd olunacaq, bu qədər olub-keçəndən sonra....))))))))

G.M 2018-04-02 12:13:02

Qaçqınkom yarandığı gündən karrupsiya vasitəsi,rüşvət mənbəyi olub..Son dövrü isə rüşvətin,karrupsiyanın ``çiçəklənmə`` dövrü hesab olnur.Büdcənin və digər maliyə mənbələrinin pulları burada tari-mar edilib.Tender oyunu`` çörəkpulu sisteminindəki özbaşınalıq,heç yerdə qeydə alınmayan Beynəlxalq yardımları (10-15% istisna olunmaqla) mənimsənilməsi. Subsidiyaları da daxil etsək,Qaçqınkomda olan yeyintini hesab-kitaba sığışdırmaq olmaz.

t.ədalət 2018-04-02 12:13:02

Əli Həsənova məxsus sərvətin miqyası ölçüyəgəlməzdir.Təkcə nəvəsi üçün ayırdığı pulların miqdarını hesablamaq mümkün deyil. Həmin ərköyün nəvənin törətdiyi cinayətlər haqqında mətbuatdan eşidirik.Böyük pullara sahib olanları vəzifəsindən qoparmaq olmur.Çünki onlar hər şeyi pulla ala bilirlər.Fikir verin,general N.Orucovun oğlu qəza törədən kimi onu vəzifədən çıxardılar.Amma Əli Həsənova,hələlik, hökumət heç bir təəssir göstərə bilmir.Nə yaxşı ki Ə.Həsənovun fikrindən Bakının harasınısa uçurmaq keçmir..

pensioner 2018-04-02 12:13:02

"Qaçqınkom"u sağmal inək çəklində təsvir edib yaxşı karikatura rəsmi yaratmaq olar.

vəkil 2018-04-02 12:13:02

araşdirmaniza söz ola bilməz;lakin siz 10%-ni yazmisiniz dəridən araşdirma aparilsa Allah bilir nələr ortaya çixacaq ancaq su təsərufati kamutəsini də bura əlavə edin ...əhməzadə budcəni belə agila gəlməyən adi xirda özu nəhəng maliyyə balotasi olan gözəgörunməzlər talan edir!!!

Son yazılar