“PREZİDENTƏ DEDİM Kİ, MƏN DƏ SİZİN KİMİ AKADEMİKƏM...” – Jurnalistləri təhqir edən akademik

Azərbaycan jurnalistlərinin təhqir edən Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov yeni açıqlama verib. Akademikin Unikal.org saytına qısa müsahibəsini təqdim edirik:

- Ramiz müəllim, KİV rəhbərləri sizdən dediyiniz ifadələrə görə, üzrxahlıq gözləyirlər. Sözlərinizin üstündə durursunuzmu?

- Xeyr. Mən emosional olub, bu fikirləri səsləndirmişəm. Əsəbi olmasaydım, deməzdim. Amma bu fikrimin üzərində dayanıram ki, bizim jurnalistlərin əksəriyyəti savadsızdır. Mən "küçük” ifadəsini də bir jurnalistə həvalə edirəm. O adam məni doğrudan da biabır edib. Guya mən demişəm ki, "Bakıda qar yağmayacaq”.

- Nə üçün bir jurnalistə görə, bütün mətbuatı təhqir etdiniz?

- Bir daha deyirəm, emosional idim. Mən heç vaxt deməmişəm ki, Bakıda qar yağmayacaq. O adam mənim adımdan məqaləni yayımladıqdan sonra, Qeyri Hökumt Təşkilatının bir nümayəndəsi var, ondan da münasibət alıb. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovu yəqin ki, siz də tanıyırsınız. O adam həm ekologiya, həm də ginekologiyadan danışır. Ünvanıma deyib ki, "ölsün yerə girsin ki, belə akademik, gör nə deyib?” Mən bu sözə görə, səhərə kimi yatmamış, mətbuata çox əsəbləşmişdim.

- Siz mətbuatda savadlı hansı jurnalistləri tanıyırsız?

- Əlbəttə ki, Azərbaycan mətbuatında savadlı jurnalistlər çoxdur. Onların bəziləri ilə də dostluq edirəm. Mirşahin, Qulu Məhərrəmli və digər jurnalistlərimiz var ki, onlara hörmətim var.

- Belə çıxır ki, cavan jurnalistlərə hörmətiniz yoxdur?

- (Gülür) Açığını deyim ki, cavan jurnalistlərə də hörmətim var. Niyə də olmasın? Mən bütün jurnalistlərə açıq adamam. Təəssüflər olsun ki, əsəbi vaxtıma düşdüyü üçün xoşagəlməz ifadələr işlətdim. Fikirlərimin belə rezonans doğuracağını da gözləmirdim.

- Bu fikirlərinizə görə rəhbərlik tərəfindən cəzalandırıldınızmı?

- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə mətbuatda gedən ifadələrimə görə, mənə irad bildirdi. Vurğuladı ki, siz gərək bu ifadələri işlətməyəydiniz. Mənə belə ifadələr səsləndirməyə qadağa qoydu.

- Bəs siz nə dediniz?

- Akif müəllimə dedim ki, mən də sizin kimi akademikəm!...

- Sosial şəbəkələrdə sizin bu fikrinizi başqa cür şərh edənlər də var. Bildirilir ki, Ramiz müəllim içkili olduğu üçün bu fikirləri səsləndirib. Bəlkə içkili olmusunuz?

- (Gülür) Mənim yaşım o yaş deyil. Son vaxtlar 50–100 qramdan artıq içmirəm.

635x100

Şərhlər

babek 2018-04-02 11:22:14

Hormetli akademik uzdeniraglari nezerde tutur,esl jurnalistlerle ne ishi.

Oqtay R 2018-04-02 11:22:14

Akademiyanın prezidentinin ixtiyarı varmı danışığa qadağa qoysun ? Nə gündədirlər bu yazıqlar. Görəsən Stiv Hokinq də akademik idi Mən bilən əsl alimlər belə şundul mundul adlarla özlərini tanıtmırlar onlar elmlə məşqul olurlar. Ya da ki Amerikanın xalq artisti Maykl Cayzeekson ,xalq yazıçısı Teodor Drayzer gülməlidir

AMEA-nın işçisi 2018-04-02 11:22:14

Doğrudur,jurnalistlərin içərisində hətta jurnalist təhsili almayanlar da mövcuddur.SAdəcə olaraq.tanış-biliş,qohum-qardaş peinsipi Azərbaycanda baş alıb gedir.Amma bununla belə AMEA-nın da kadrları ürəkaçan deyil.Son 30-40 ildə o boyda elm mərkəzi bir ədəd də olsa fundamental bir nəticə əldə edə bilməyib.AMEA-nın kadr təərkibi də ürəkaçan deyil.Bir bölgə,qohumlulq prinsipi AMEA-nı fəaliyyətsiz bir quruma çevirib.

ABDULQADIR 2018-04-02 11:22:14

AZARBEYCINDEKI AKADEMEKLERI KIMSE OGLUNA ELCHI GEDENDE VE YA QIZINA ELCHI GELENDE DEVET ETSIN KI,DESINLER BAHH, MECLISINDE 100 QRAMDAN ARTIQ ICNMEYEN AKADEMEKDE VARDI.BASHQA BIR SHEYE YARAYASI DEYILLER.

R-n 2018-04-02 11:22:14

Eynulla Fetullayeva,Rauf Arifgizi kimilerini soymesin,ne etsin?

Millikişi 2018-04-02 11:22:14

«Son vaxtlar 50–100 qramdan artıq içmirəm.» deyir bu ƏKƏdemik. Görünür bunu bir sağlığa vurur. 5-6 sağlığa... özünüz hesablayın və şükür edin ki, Siz jurnalistlərə «küçük» deyib. Ona yalnız ayıq ol(sa)anda yanaşın.

Abdulla 2018-04-02 11:22:14

Belə qənaətə gəlmək olar ki, əgər AMEA prezidenti ona "qadağa" qoymasaydı, yoldaş akademik "bu ifadələri işlətməyə" davam edəcəkdi.

ƏLİBALA 2018-04-02 11:22:14

GÖR AKADEMİKLƏRİMİZ NƏ CÜNDƏDİR.BİR ÖLKƏDƏKİ HƏR ŞEY PULLA ALINIR VƏ SATILIR NƏ DEMƏK OLAR.BU DA AKADEMİKLİYİ PULLA ALIB Kİ,DANIŞDIĞININ FƏRQİNDƏ DEYİL.İNDİ İNFARMASİYA SANİYƏLƏRLƏ YAYILIR.HEÇ NƏYİ XALQDAN GİZLƏTMƏK MÜMKÜN DEYİL.MİLLƏT DURULMALIDIR.ÇO BULANMIŞIQ.DEPUTAT XARİCDƏKİ AZƏRBAYCANLILARA OTXOD DEYİR.AKADEMİK JURNALİSTƏ #KüÇük# DEYİR.HARA GEDİRİK BİZ?.........

X 2018-04-02 11:22:14

AKADEMIK NAZIR GENERAL BIZIDE COX OLAN ADLARDI YENI HER DALANDA RAST GELMEK OLAR HEQIQISI ISE...

Mirzə AĞ 2018-04-02 11:22:14

Bəli, Siz hamınız "akademik"siniz, nə yazıq ki, akademiyanız (məktəbiniz)yoxdur! Başqa sözlə, "zurnaçı"sınız - əlinizdə zurna yox!!! Sizlərə baxarkən, C.Sviftin "Qulliverin səyahəti" romanındakı kral akademiyası (akademikləri) yadas düşür. Sizdən fərqli olaraq, mən sözümün üstündə duracam...

Son yazılar