TQDK önündə aksiya - Foto

Abituriyentlər və onların valideynləri keçid ballarından narazıdırlar

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qarşısına toplaşan abituriyentlər və onların valideynləri aksiya keçirməyə cəhd edilər.

Abituriyentlərin ANS PRESS-ə verdikləri məlumata görə, onlar kolleclərə keçirilən qəbul imtahanlarının nəticəsindən narazıdırlar:

“Kolleclərə qəbul olmaq üçün tələb olunan keçid ballarını qaldırıblar. Deyirlər ki, keçid balı 16 olub. Amma biz 28, 32 bal toplamışıq, qəbul olmamamışıq. Niyə kolleclərə keçid ballarını qaldırıblar? Bizim şikayətimizə baxan yoxdur. Bizi buradan uzaqlaşdırmağa çalışırlar. Yüksək bal toplamağımıza baxmayaraq qəbul olmamışıq”.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 29 iyun tarixində ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar